Bu ölkədə rəsmilərinə "Telegram"dan istifadə qadağan edilib
Hollandiyanın Amsterdam şəhərinin hakimiyyət orqanları dövlət işçilərinə iş telefonlarında "Telegram" messencerindən istifadə etməyi qadağan edib.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" Hollandiya paytaxtının şəhər şurasının üzvü Aleksandr Şoltesə istinadən yazıb.
Dövlət qulluqçusunun sözlərinə görə, məmurlara “cinayətkar fəaliyyət, tətbiq və casusluq riski” səbəbindən "Telegram"dan istifadə qadağan edilib.
Şoltes həmçinin bildirib ki, messencerdən hakerlər, fırıldaqçılar və narkotik alverçiləri istifadə edir.
Qeyd olunub ki, Amsterdam bələdiyyəsi ölkədə məmurlara "Telegram"dan istifadəni qadağan edən yeganə bələdiyyədir.