İsrail “Hizbullah”ın mövqelərinə zərbələr endirib

İsrail “Hizbullah”ın mövqelərinə zərbələr endirib
 

İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcılar Livanın cənubunda “Hizbullah”ın iki buraxılış qurğusuna zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun (IDF) teleqram kanalında məlumat verilib.

“Ötən gecə Livanın cənubundakı Mənsuri və Taybe bölgələrində yerləşən raket qurğularına zərbələr endirilib. Onlar İsrail ərazisinə qarşı istifadəyə hazır idilər”, - ordunun mətbuat xidmətindən bildirilib.

0.011404037475586