Ermənistanın bütün fəlakətlərinin kökündə strateji primitivizm dayanır.
Paralel.az xəbər verir ki, bunu Alternativ Layihələr qrupunun üzvü Vahe Ovanisyan yazıb.
"Yaxın Şərqdə və yaxın regionumuzda yeni gərginlik və partlayış təhlükəsinə, bütün qonşuların aktiv təmaslarına, onların açıq və kölgədə davam edən danışıqlarına, Putinin Bakıya səfərinə necə cavab verməliyik? Velosiped, xaşlama və poeziya festivalı iləmi? Tətildən yavaş-yavaş qayıdan və ümumiyyətlə nə edəcəyini bilməyənlərləmi?
Biz artıq Cənubi Qafqazın mənasız və ümidsiz əlavəsi kimi öz rolumuza alışırıq.
Böyük hesabla bugünkü kollektiv durumumuzu milləti xaşlama adlandırmaq olar.
Strateji primitivizmimiz bütün fəlakətlərimizin təməlində dayanır... Azərbaycan BRİKS-ə qoşulmaq istəyir, biz şeirlər oxuyuruq və ya oxucunu ələ salırıq. Düz dörd il əvvəl, 2020-ci il müharibəsindən əvvəl sözün əsl mənasında eyni qeyri-ciddi vəziyyət var idi.
Ən böyük faciəmiz bizi bu vəziyyətə birbaşa cavabdeh olan primitiv elitalarımızdır. Bizdən daha pis vəziyyətdə olan digər cəmiyyətlər bunu etdilər və uğur qazandılar”, - Ovanesyan yazıb.
Mürtəza
Paralel.az