BMT əhalisi sürətlə azalacaq və artacaq ölkələri açıqladı - Şok siyahı

BMT əhalisi sürətlə azalacaq və artacaq ölkələri açıqladı - Şok siyahı
 

Dünyada əhalinin artım tempi azaldığı halda, dünya əhalisinin sayı 8 milyardı ötüb. Lakin BMT-nin 2100-cü ildə dünya əhalisi ilə bağlı hazırladığı proqnozlarda şokedici məqamlar ortaya çıxıb. 

Paralel.az BMT-nin açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2100-cü ildə dünyanın əksər ölkələrin əhalisinin sayında artım deyil, azalma qeydə alınacaq. Əhalinin azalması əsasən inkişaf etmiş ölkələrin payına düşəcək. 

Azərbaycan da əhalisi azalan ölkələr sırasındadır. 

Əhali sayının sürətlə artımı isə əsasən çox zəif inkişaf etmiş Üçüncü dünya ölkələrində gözlənilir. 

2100-cü ildə ən çox azalmanın Çində qeydə alınacağı proqnozlaşdırılır. 2100-ci ildə Çin əhalisi iki dəfə azalaraq 1,4 milyarddan 700 milyondan aşağı həddə düşəcək. Çin halisi 55 faiz azalaraq 633 368 000 milyon nəfər təşkil edəcək.  

Daha çox əhalisi azalacaq ölkələr siyahısında növbəti sıralarda İtaliya, Yaponiya, Tayland, İspaniya, Türkiyə, Brazilya, Argentina, Almaniya, İran, Rusiya qərarlaşıb. İtaliyanın əhalisi 60 milyondan 35,4 milyona, Yaponiya əhalisinin sayı 123,8 milyondan 78,5 milyona, Rusiya əhalisi təqribən 20 milyon azalaraq 145 milyondan 126,4 milyon təşkil edəcəyi  proqnozlaşdırılır.

Əhalisi azalacaq ölkələr sırasında Ermənistan da yer alıb. Ermənistan əhalisi də təqribən 2 dəfə azalaraq 1,6 milyon təşkil edəcək.

Azərbaycan əhalisinin sayı isə 2100-cü ildə 10 milyondan 8,3 milyona enəcəyi proqnozlaşdırılır. Azərbaycan bu siyahıda 108-ci yerdə qərarlaşıb. 

Dünyan əhalisinin ən sürətlə aratacağı Afrika və Asiya ölkələri olacaq.

Məsələn, 2100-cü ildə ABŞ-də mövcud əhalinin sayının 22 faiz artaraq 345,5 milyondan 421,3 milyon nəfər təşkil edəcəyi prqonozlaşdırıldığı halda, Anqolada bu say 296 faiz, yəni təqribən 7 dəfə artaraq 37,9 milyondan 150,1 milyona çatacağı gözlənilir. Afrika ölkəsi Konqoda əhali sayının təqribən 4 dəfə 109,3 milyondan 430,7 milyona, Tanzaniyada isə 3 dəfədən çox artaraq 68,6-dan 262,8 milyona, Əfqanıstanda da təqribən 3 dəfə arataq 42,3  milyondan 130,2 milyon, Pakistanda 2 dəfə artaraq 251,3 milyondan 511 milyondan çox, İraqda 46 milyondan 100,6 milyona, Özbəkistanda əhali 36,4 milyondan, 74,35 milyona çatacağı prqonozlaşdırılır.

 

 

0.028016090393066