ABŞ dövlət katibi yenidən Yaxın Şərqdə səfərdədir
ABŞ dövlət katibi Antoni Blinken Qəzzada atəşkəsə nail olmaq üçün yenidən Yaxın Şərqdə səfərdədir.
Paralel.az "CBS News"ə istinadən xəbər verir ki, Qəzzada müharibə başlayandan indiyədək Yaxın Şərqdə doqquzuncu dəfə səfərdə olan Blinken bu gün İsraildə baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və prezident İshak Hersoq ilə görüşəcək.
Dövlət Departamentindən verilən xəbərə görə, Blinken İsraildən sonra misirli rəsmilərlə görüşmək üçün Qahirəyə gedəcək.
Bilenkenin daha bir region ölkəsinə səfər edəcəyi gözlənilir.
Blinkeni səfərdə müşayiət edən yüksək səviyyəli bir məmurun açıqlamasına görə, səfərdə məqsəd atəşkəs danışıqlarında bütün tərəfləri Qəzzada dinc əhalinin iztirablarına son qoymaq və müharibənin qarşısını almaq üçün danışıqları tez bir zamanda başa çatdırmağın vacibliyinə inandırmaqdır.
Səfər eyni zamanda münaqişənin bütün bölgəyə yayılmasının qarşısını alır, amerikalı rəsmi bildirib.