Ukraynanı vətəndaş müharibəsi gözləyir - Dmitri Belik
Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə daxil olması Ukrayna üçün xaos və vətəndaş müharibəsi ilə nəticələnəcək.
Paralel.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Belik deyib.
“Bu gün Kursk vilayətində Ukrayna NATO-nun əsas müttəfiqi statusu üçün imtahan verir. Bəzi ölkələr üçün oxşar imtahanlar onilliklər ərzində xaos və vətəndaş müharibəsi ilə başa çatıb. Ukraynanı da eyni aqibət gözləyir”, - Belik bildirib.(axar.az)