ABŞ-nin təklifləri HƏMAS-ı sazişə razı salmağa kömək edə bilər - KİV
ABŞ-nin Qəzza zolağında atəşkəs və saxlanılan girovların azad edilməsi barədə təklifi Birləşmiş Ştatlar, Qətər və Misirin danışıqlar vasitəçisi kimi HƏMAS-a razılığa gəlmək üçün təzyiq göstərməsinə imkan verə bilər.
Paralel.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Amerika tərəfinin təklifi İsrailin Baş naziri Binyamin Netanyahunun israr etdiyi kimi, Təl-Əvivin Qəzza ilə Misir arasındakı sərhəd boyunca varlığını qorumağı və ya Qəzzanın mərkəzi hissəsində HƏMAS-ın silahlı qüvvələrinin sektorun şimalına qayıtmasının qarşısını almaq üçün mexanizm yaratmağı nəzərdə tutmur.
Qəzet İsrail televiziyasının 12-ci Kanalının məlumatlarına istinad edərək qeyd edib ki, ABŞ və İsrailin iştirakı ilə danışıqlar bazar günü Qahirədə davam edəcək. Netanyahunun bazar günü İsrailə gəlməsi planlaşdırılan ABŞ dövlət katibi Entoni Blinkenlə də danışıqları planlaşdırılır.
"İsrail və ABŞ bu iki əsas məsələ ilə bağlı şərtləri müzakirə edə bilsələr, Misir və Qətər HƏMAS-ı razılığa gəlməyə məcbur edə bilərlər. HƏMAS İsrailin bu iki tələbini qoruyacaq bir razılaşma ilə razılaşmayacağını açıqladı", - məlumatda deyilir.