Boliviyada avtobusun qaya ilə toqquşması nəticəsində 14 nəfər ölüb
Paralel.az xarici mediaya istinadla xəbər verir ki, qəza əyləclərin nasazlığı səbəbindən baş verə bilər. Santa Kruz şəhərinə gedən avtobusda sərnişinlərdən başqa, iki sürücü və onların köməkçisi də olub. Zərərçəkənlər Taricə xəstəxanasına aparılıb.
Boliviya Prezidenti Luis Arse həlak olanların ailələrinə başsağlığı verib. “Biz bu dəhşətli hadisəyə səbəb olan səbəblərin araşdırılmasına göstəriş verdik”, - deyə o, X sosial hesabında yazıb