Rusiyada güclü zəlzələ baş verib
Rusiyanın Kamçatka diyarında 7 maqnitudada zəlzələ baş verib, ilkin məlumata görə, zəlzələ altı maqnitudada hiss olunub.
Paralel.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
"Maqnituda - 7,0. Petropavlovsk-Kamçatskidə intensivlik (ilkin qiymətləndirmə) - 6,0", - məlumatda deyilir.
Tələfat və dağıntı, habelə yeraltı təkanların hiss olunması barədə məlumat verilmir.