Gürcüstan MSK əlavə maneələrlə bağlı ittihamları rədd edib
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi komissiyanın binasında əlavə maneələrin yaradılması ilə bağlı ittihamara cavab verib.
Paralel.az "Report"a istinadla xəbər verir ki, komissiya bununla bağlı iddiaları rədd edib.
"Yenilənmiş infrastruktur işçilərin və binanın qorunmasına, həm obyektin daxilində, həm də xaricində təhlükəsiz mühitin təmin edilməsinə yönəlmiş proaktiv yanaşmanı əks etdirir. Administrasiya üzvlərinin xalqın qəzəbindən qorxması ilə bağlı ittihamlar həqiqətə uyğun deyil”, - açıqlamada deyilir.
Qeyd edək ki, müxalifət MSK rəhbərliyini ittiham edib ki, komissiya əraziyə yeni sədlər quraşdırmaqla saxtakarlıqlara qarşı kütləvi etirazlardan yayınmağa çalışır. Hakim “Gürcü arzusu” Partiyası isə dəfələrlə bildirib ki, müxalifət seçkilərin saxtalaşdırıldığı görüntüsü yaratmağa və hakimiyyəti devirməyə çalışacaq.