Ukrayna ordusu Kurskda irəliləməyə davam edir - VİDEO
Qızğın döyüşlər gedir. Döyüşdə rus əsgərləri canını xilas etmək üçün könüllü əsir düşürlər.
Paralel.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.
“Kursk vilayətində əməliyyat davam edir. Ulrayna ordusu uğurla irəliləyir. Rus ordusunun əsgərləri həyatlarını xilas etmək üçün təslim olmaq yolunu seçirlər”, - məlumatda deyilir.
Kursk vilayətinin Qluşkovo kəndində Seym çayı üzərindəki körpü HIMARS raketlərinin hücumu nəticəsində dağılıb.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə irəliləyişini davam etdirən Ukraynanın Rusiya qüvvələrinə zərər verdiyi və yeni əsir götürdüyü görünür.