Rusiyada bombardmançı təyyarə qəzası: pilot öldü, yaralılar var - VİDEO

Rusiyada bombardmançı təyyarə qəzası: pilot öldü, yaralılar var - VİDEO
 

Rusiya Federasiyasının İrkutsk vilayətində TU-22M3 bombardmançı təyyarəsi qəzaya uğrayıb.

Paralel.az xəbər verir ki, bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev öz Telegram kanalında yazıb.

“TU-22M3 hərbi təyyarəsinin qəzaya uğradığı yerdə işlər bütün gecə davam edib. Çox təəssüf edirəm ki, pilotlardan birini xilas etmək mümkün olmadı”, - Kobzev yazıb.

Onun sözlərinə görə, digər pilotlar müxtəlif dərəcəli xəsarətlər alıblar və onlar xəstəxanaya yerləşdiriliblər.

“İndi mütəxəssislər qəzanın dəqiq səbəbini müəyyənləşdirməlidirlər. İlkin versiyada texniki nasazlıq olub”, - qubernator qeyd edib. 

 

0.010185956954956