İranın Türkiyəyə qarşı növbəti məkrli planı

İranın Türkiyəyə qarşı növbəti məkrli planı
 

Türkiyənin önəm verdiyi şəhərlərdən biri olan Kərkükdə 7 ildən sonra İranın dəstəyi ilə məkrli plan həyata keçirilib. 

İraqın türkmənlərin məskunlaşdığı Kərkük şəhəri 7 ildən sonra yenidən terror təşkilatı PKK ilə iş birliyində olan Kürdüstan Vətənpərvərlər Birliyinə (KYB) təhvil verilib.

Paralel.az xəbər verir ki, Kərkük Əyalət Şurasına keçirilən seçkilərdə rəhbərliyin seçilməsi zamanı hiyləyə əl atılıb. Belə ki, Əyalət Şurasının rəhbərliynin formalaşması ilə bağlı iclas türkmənlərin iştirakı olmadan keçirilib. Əyalət Şurasının iclası 16 üzvündən ancaq 5-i KYB üzvü, 3-ü ərəb, 1-i xristian olmaqla 9 məclis üzvü ilə iclas keçirib. İranın rəhbərliyi ilə altında yaradılan gizli alyans KYB üzvü Rebvar Tahanı vali, ərəb millətindən olan Məhəmməd Hafizin parlament sədri  seçilib.

İraq Türkmən Cəbhəsi (İTF) sözçüsü Mehmet Seman bu qanunsuz əməli qəbul etmədiklərini və məhkəməyə müraciət edəcəklərini bildirib. Seman əlavə edib ki, belə bir oyun Mosulda da oynanılıb.

Seman onu da bildirib ki, bu məkrli oyunların arxasında “İnkişaf Yolu” layihəsini sabotaj etmək planı dayanır.

 

0.03439998626709