"Real"ın futbolçusunun adı begemota verildi

 

"Real"ın futbolçusu Antonio Rüdiger Almaniyanın Berlin şəhərindəki zooparkda cırtdan begemotlardan birini himayəyə götürüb.

Axar.az xəbər verir ki, bu səbəbdən begemota müdafiəçinin adı verilib.

Qeyd edək ki, Berlində doğulan A.Rudigerin anası Afrika ölkəsi Syerra-Leonedəndir. Cırtdan begemotlar bu ölkədə təbii şəraitdə yaşasa da, onların sayı 2500-ə yaxındır. Zooparkla əməkdaşlıq sayəsində futbolçu bu begemot növünün qorunması üçün kampaniyanı gücləndirməyə ümid edir.

 

0.11140918731689