HƏMAS hərbi komandir Deyfin öldürülməsini təkzib etdi
Avqustun 1-də İsrail tərəfi iyulun 13-də Qəzza zolağının Xan Yunusda bölgəsində HƏMAS-ın Qəssam Briqadalarının Baş Qərargah rəisi Məhəmməd Deyfin öldürülməsi barədə məlumat yayasa da, HƏMAS bu xəbəri təkzib edib.
Paralel.az xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan Qəssam Briqadaları komandiri Məhəmməd Deyfin sağ olduğunu bildirib.
O bu barədə Qətərin paytaxtı Dohada Amerikanın "Associated Press"ə açıqlamasında deyib.
“Məhəmməd Deyf sağdır və vəzifəsinin başındadır. Yayılan xəbərlər dezinformasiya xarakteri daşıyır", - o qeyd edib.
HƏMAS liderlərindən İzzat ər-Rişk də Deyfin sağ olduğunu bildirib.