Atatürkün indiyə qədər məlum olmayan məktubu üzə çıxıb

Atatürkün indiyə qədər məlum olmayan məktubu üzə çıxıb
 

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə onun süd bacısı olmuş Səimənin 1916-cı ildə bir-birinə göndərdiyi məktublar üzə çıxıb.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Mustafa Kamal Atatürk sözügedən məktubu Diyarbəkirin Silvan şəhərində 2-ci ordunun sıralarında komandir olarkən 15 iyul 1916-cı il tarixində alıb.

Mustafa Kamal Atatürk isə bu məktuba 26 oktyabr 1916-cı il tarixində "Xanım tibb bacısı" xitabı ilə başlayan məktubla cavab verib.

Məktubda Mustafa Kamal 1916-cı il martın 11-də Ədirnədən ayrılaraq, martın 19-da Hələbə yetişdiyi, daha sonra 27 martda ona tabe olan korpusu toplayaraq Diyarbəkirə hərəkət etdiyini vurğulayıb.

 

0.027379035949707