Türkiyə Rusiyadan aldığı "S-400"lərdən imtina edir

Türkiyə Rusiyadan aldığı
 

Türkiyə hava məkanını bundan sonra öz istehsal "Dəmir qübbə" (Steel dome) adı verilən hava hücumundan müdafiə sistemləri ilə qorumaq niyyətindədir və bunu bəyan edib. Bundan sonra isə Rusiyadan aldığı S-400 Triumf raketlərini başqa ölkəyə satacaq.

Paralel.az xəbər verir ki, bu barədə “Forbes” jurnalınının Türkiyənin inventarında olan S-400 hava hücumundan müdafiə sistemlərinin gələcək taleyi ilə bağlı məqaləsində qeyd edilib.

Qeyd olunur ki, Türkiyə S-400 raketlərindən xilas olmaq üçün öz istehsalı olan hava hücumundan müdafiə sistemi yaratmaqdadır və yaxın gələcəkdə bunu tətbiq etməyi nəzərdə tutur. 

Bildirilib ki, Türkiyə "S-400"ləri yaxın dostluq və hərbi sahədə sıx əməkdaşlıq münasibətində olan Pakistana, yaxud da Hindistana sata bilər. 

Məqalədə həmçinin qeyd edilir ki, Türkiyə "S-400"lərdən imtina edərsə, F-35 qırıcı təyyarələrini də əldə edə bilər.

"Türkiyə S-400-ləri özünə inteqrasiya etmədən öz müdafiə sistemini qura bilsə, Rusiya raketlərinin vəziyyəti, statusu, qayıdışı, zəruriliyi və gələcəyi ilə bağlı maraqlı vəziyyət yaranacaq.

Digər tərəfdən Türkiyə öz hava qüvvələri üçün F-35 axtarmasa, indi yerli "TF Kaan" qırıcı təyyarənin inkişafına diqqət yetirəcək. Bu da çox uzaq olmayan bir zamanda gerçəkləşə bilər”, - məqalədə qeyd olunub.

0.041324853897095