Xaricdə təhsil alacaq gənclərlə bağlı xəbər var

Xaricdə təhsil alacaq gənclərlə bağlı xəbər var
 

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı Dövlət Proqramının icrası müddətində hər il xaricə göndərilən tələbələrin sayı artırılıb.

Paralel.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.   

Sərəncama əsasən, Dövlət Proqramının icrası müddətində hər il 500 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

İndiyə qədər bu say 400 nəfər idi.

0.016582012176514