Təhsil sistemində yaranan eyibli dairə -Dos. İlham Əhmədov

Təhsil sistemində yaranan eyibli dairə -Dos. İlham Əhmədov
 

Əvvəlcə gəlin görək eyibli dairə nədir?
Eyibli dairə- mənfi nəticələrə səbəb olan, əks əlaqə ilə bu mənfi nəticələri daha da gücləndirən mürəkkəb proseslər (hadisələr) zənciridir. Eyibli dairə qısa müddətdə tarazlığa meyli olmayan bir sistemdir. Dövrün hər bir iterasiyasının nəticəsi əvvəlki mənfi nəticəni daha da gücləndirdiyi üçün, eyibli dairəni dağıtmaq çox çətindir.
Bizim təhsil sistemindəki problemlər silsiləsi də sanki eyibli dairə yaradıb. Bunu, təhsilin bir mərhələsi-ali təhsil mərhələsi nümunəsində izah edək:
1. Aşağı təhsil haqqı kasıb universitetlər yaradır.
2. Kasıb universitetlər keyfiyyətsiz təhsil yaradır.
3. Keyfiyyətsiz təhsil zəif məzunlar yaradır.
4. Zəif məzunlar zəif insan kapitalı yaradır.
5. Zəif insan kapitalı zəif iqtisadiyyat yaradır.
6. Zəif iqtisadiyyat aşağı maaş yaradır.
7. Aşağı maaş aşağı təhsil haqqı ödəyir.
8. 1-ci bəndə bax.
Bu dövrü proses nə vaxta qədər davam edəcək? Bəs bu eyibli dairəni necə ləğv etməli? ETN 25 ildir ki, bu problemlərin seyrçisi, eyibli dairənin “yaradıcı”sıdır. Təhsil sistemindəki bütün idarəetmə də bu eyibli dairənin ləğvinə yox, sanki onun qorunmasına xidmət edir.
Təhsilin idarəedilməsində illərcə buraxılan sadə və mürəkkəb səhvlər, onların təhlil edilməməsi, korreksiya edilməməsi, səhv kadr və maliyyə siyasəti, strategiyasız fəaliyyət, mütəxəssislərin illərlə verditi təkliflərin və tənqidi iradların nəzərə alınmaması da bunu göstərir.

Paralel.az 

0.036730051040649