"Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili” layihəsinin icrası tamamlandı
“Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyi “Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili” adlı layihənin icrasını tamamladı.
Paralel.az xəbər verir ki, Azərbaycan Respublikası “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin qrantı hesabına “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyi “Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili” adlı layihənin icrasına tamamladı.
Universitetlərimiz 20 ildir ki, dünya universitetlərinin qlobal reytinqlərində zəif nəticələr göstərirlər. Çünki, universitetlərimiz qlobal təhsil bazarında rəqabətədavamlı deyil. Bunun bir çox səbəbləri var.
Təcrübə gösrtərir ki, bizim universitetlər nəinki rəqabətə davamlı deyil, hətta bəzi universitetlər “ali təhsil müəssisəsinin rəqabət qabiliyyəti nədir?” sualına birqiymətli cavab verə bilmirlər. Bu səbəbdən universitetlərdə belə bir mövzuda maarifləndirici dəyirmi masaların keçirilməsinə ehiyac var idi.
Dəyirmi masalarda universitetlərin rəqabət qabiliyyətliyi nədir, universitetlərin rəqabət qabiliyyətliyi meyarları, universitetlərin rəqabət qabiliyyətliyi və rəqabət üstünlükləri, niyə universitetlərimiz rəqabət qabiliyyətli deyil v.s. bu kimi məsələlər müzakirə edildi. Layihə rəhbəri “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyinin təsisçisi, təhsil eksperti, dosent İlham Əhmədovdur.
Layihə çərçivəsində ADA, ADPU və SDU-da təbdbirlər keçirildi. Tədbir iştirakşıların böyük marağına səbəb oldu.
Şahnaz