"F-16-lar artıü Ukraynadadır" - Zelenski bu paylaşımı ilə rəsmən elan etdi + VİDEO

 

Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün F-16 döyüş təyyarələrinin bir qisminin ölkəsinə təhvil verildiyini rəsmən elan edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabından paylaşım edib.

Zelenskinin paylaşdığı videoda F-16-ların qarşısında keçirilən proqramda iştirakı, döyüş təyyarələrinin havaya qalxdığı anlar və onların uçuşları yer alıb.

Sözügedən paylaşımda Zelenskinin bu ifadələrinə yer verilib:"F-16-lar artıq Ukraynadadır. Biz buna nail olduq. Bu təyyarələrdə ixtisaslaşmış və onları ölkəmiz üçün istifadə etməyə başlayan dostlarımızla fəxr edirəm. Bu nəticə üçün komandamıza təşəkkür etmək istəyirəm.  F-16-larla bağlı bizə kömək edən bütün tərəfdaşlarımıza və təyyarə tələbimizi qəbul edən Danimarka, Hollandiya və ABŞ-yə minnətdaram".

0.025811910629272