Müdafiə Nazirliyinin keçmiş şöbə müdiri Rəhim Laçınov həbs edilib
Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin əsaslı və cari təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun barəsində cinayət işi qaldırılıb.
Azərbaycan hərbi prokurorunun böyük köməkçisi Firad Əliyev Turan-a bildirib ki, Laçınova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü maddələrilə ittiham elan edilib. Azərbaycan Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq davam edir.
Rəhim Laçınovun vəkillərindən və nümayəndələrindən şərh almaq mümkün olmayıb.
Qeyd edək ki, 2020-ci ildə 44 günlük Qarabağ müharibəsindən sonra Müdafiə Nazirliyinin maliyyə, maddi təminat məsələlərilə məşğul olan 10-a yaxın yüksək vəzifəli şəxsi işdən kənarlaşdırılıb və həbs edilib.