Hacı Salayevi aldadana hökm oxundu

Hacı Salayevi aldadana hökm oxundu
 

Külli miqdarda dələduzluqda ittiham olunan “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən T.Nəcəfov 7 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, iş üzrə üç nəfər zərərçəkmiş qismində tanınıb. Bunlardan biri keçmiş deputat Hacı Salayevdir. Təqsirləndirilən şəxs eks-deputatla Yasamal rayonu, H.Cavid küçəsində yerləşən beşmərtəbəli fərdi yaşayış evinə Almaniya istehsalı olan liftin xaricdən sifarişi üçün 157 min 916 manatlıq müqavilə imzalayıb. Lakin vədinə əməl etməyib, onun pulunu ələ keçirib.

Sail Ağasəlim

0.027082920074463