Nazirlik deputatın şirkəti ilə 2.83 milyonluq müqavilə imzaladı

Nazirlik deputatın şirkəti ilə 2.83 milyonluq müqavilə imzaladı
 

Səhiyyə Nazirliyi dünən “AvroMed” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Tribunainfo.az xəbər verir ki, satınalma müqaviləsinə əsasən Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən “Səhiyyənin Təminat Mərkəzi” MMC deputatın şirkətindən 2.83 milyon manatlıq “Xəstəliklərin profilaktikasında və müalicəsində istifadə edilən dərman preparatlarının satın alınması”nı həyata keçirəcək.

Qeyd edək ki, “AvroMed” şirkəti ölkənin ən iri dərman monopolistidir və rəhbəri isə deputat Cavanşir Feyziyevdir.

Xatırladaq ki, Feyziyevin adı bir neçə qalmaqallara qarışıb. Onun Avropada çoxlu sayda mülkləri və biznesinin olduğu deyilir.

0.013647794723511