Beynəlxalq riyaziyyat olimpiadasındakı uğursuzluğumuz gözlənilən idi
Dünyanın ən nüfuzlu beynəlxalq riyaziyyat olimpiadasının növbəti mərhələsi başa çatıb.
Bu ərəfədə 65-ci Beynəlxalq Riyaziyyat Olimpiadasının (İMO) nəticələr açıqlandı. Təəssüf ki, bu bizim təhsilimizin son 30 ildə ən uğursuz nəticəsinin şahidi olduq.
140-dan çox ölkə üzrə 75-ci yeri qazanmışıq. Ötən ilki nəticə bu ilkinə baxanda daha uğurlu olmuşdu- 54-cü yer. Bu il isə komanda hesabında 21 pillə geriləmişik.
Bəzi həmkarlarım bu məlumatı gözlənilməz hadisə, sensasiya kimi qarşılayır. Əslində isə bu nəticə təhsilimizin indiki durumunun gözlənilən təbii nəticəsidir.
Məlum olduğu kimi BMT İP mütəmadi olaraq ölkələr üzrə təhsilin durumunun qlobal reytinqini hazırlayır. Biz bu reytinqdə 85-ci yerdəyik. Bu halda beynəlxalq riyaziyyat olimpiadasında 75-ci yerdə olmağımız təbiidir. Bu 25 illik sistemsiz və elmsiz "təhsil islahatı"nın acı və təbii nəticəsidir.
Təhsildəki faciəli durumla bağlı həyəcan təbilini çalmağın vaxtı çoxdan çatıb.
Biz artıq 20 ildir bunu edirik.
Dos. İlham Əhmədov
Paralel.az