Elm və Təhsil nazirliyinin nəzdində fəaliyyət göstərən qurumlara kadr təyinatı rüşvətlə aparılır - Araşdırma

Elm və Təhsil nazirliyinin nəzdində fəaliyyət göstərən qurumlara kadr təyinatı rüşvətlə aparılır - Araşdırma
 
 

Elm və Təhsil nazirliyinin (ETN) nəzdində xeyli qurumlar fəaliyyət göstərir.

Bunlar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Təhsilin İnkişafı Fondu, Təhsil Tələbə Krediti Fondu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Təhsil İnstitutu və 13 Regionlar Təhsil İdarəsidir.

Media üzərindən apardığımız araşdırma nəticəsində də müəyyən etmişik ki, ETN nəzdində 4 Agentlik, 2 Fond, 1 qrup, 1 idarə, 1 institut və 13 regionlal təhsil idarəsi fəaliyyət göstərir.

Nazirlikdə olan mənbəmizin verdiyi məlumata görə, bu qurumların hər birinin rəhbərləri nazir Emin Əmrullayevə çatan rüşvət əsasında təyin olunur.

Deməli, faktlar təsdiq edir ki, rüşvətlə təyin olunan kadrlar fəaliyyətə başladıqları andan gənc nəsilə verilən təhsilin keyfiyyəti barədə yox, yalnız verdiyi rüşvəti çıxarmaq və əlavə qazanc əldə etmək barədə düşünür.

Bax, Azərbaycan Elm və Təhsil Nazirliyi və şəxsən nazir Emin Əmrullayev ölkənin elm və təhsil sistemində böyük rüşvət toru yaradaraq ölkənin gənc nəslinin təhsilənə sərf olunmalı olan milyonlarla dövlət vəsaitini mənimsəməklə məşğuldur.

Paralel.az

 

0.13394212722778