Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev diplom alveri edir - Şikayət

Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev diplom alveri edir - Şikayət
 

Paralel.az olaraq dəfələrlə qeyd etmişik ki, Ali Attestasiya Komissiyasının sədri, iqtisad elmləri doktoru Famil Mustafayev elmi adlar verən diplomları satır. Yəni AAK-da elm yox, bazar qanunları ilə işləyir. Bu gün ölkəmizin elmlə məşğul olan gənclərinin böyük əksəriyyəti Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında qanunsuzluqların, rüşvət, korrupsiya hallarının baş alıb getdiyini, gənclərin elmə gedən yollarının qarşısında süni maneələrin yaradıldığını bildirir.

Milli Elmlər Akademiyasının, nəhəng ali məktəblərin elmi seminarlarının, elmi və problem şuralarının görkəmli alimləri qarşısında imtahanlarından uğurla keçən gənclərin böyük əksəriyyəti Ali Attestasiya Komissiyasının müəyyən etdiyi “şərtləri” yerinə yetirə bilmədiklərindən elmi ad və elmi dərəcə ala bilmirlər.

Təbii ki, kimin yaxşı əlaqələri, maddi imkanı var, onlar bu problemlə qarşılaşmır, əsasən elmi-tədqiqat institutlarında və tədris müəssisələrində cüzi əmək haqqı ilə çalışan, gecə-gündüz yatmadan tədqiqat aparan imkansız gənclər problem yaşayırlar.

Demək olar ki, ildə tez-tez redaksiyamıza gələn və AAK-dan diplomunu ala bilməyən bir qrup gənc Ali Attestasiya Komissiyasının binası qarşısında piket keçirmək istədiklərini və AAK-ın sədri, əslində iqtisadçı, 90-cı illərdə isə çoxları kimi BDU-da hüquqşünas diplomu alan Famil Front oğlu Mustafayevə, onun əlaltılarına istefa tələb etmək istədiklərini bildirdilər.

Həmin gənclərin qeyd edir ki, bir neçə il bundan əvvəl ölkə mətbuatında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin açıqlaması yayıldı ki, Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə Ekspert Şurasının üzvü və katibi Şəfa Əliyev rüşvət alarkən yaxalanıb. Bunun ardınca isə deyildi ki, xaricdə istirahətdə olan Famil Front oğlu Mustafayev təcili şəkildə ölkəyə qaytarılıb.

Yayılan informasiyada o da bildirilirdi ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat-axtarış işlərini davam etdirir və AAK-da yeni ciddi yoxlamalar aparılır.

Lakin AAK-da nə baş verdi ki, sədr Famil Mustafayev vəzifəsində qaldı? Deməli AAK sədrinin arxası o qədər güclüdür ki, heç ona Baş Prokurorluğun da gücü yetmədi.

Hazırda professor İdris Abbasovun facebook səhifəsində AAK və AMEA sədrinin ölkə elmini necə pis kökə salması barədə istənilən qədər tənqidi statuslar var. Amma AMEA və AAK sədrləri haqqında heç bir ölçü götürən dövlət orqanı tapılmır.

Ölkə Prezidentinin Sərəncam əsasında noyabr ayında Azərbaycanda beynəlxalq COP29 tədbir keçiriləcək. Ölkəmizə təşrif buyuran çoxsaylı qonaqlar arasında Azərbaycanın elm sahəsində qazandığı nailiyyətlərlə də maraqlanan elm adamları gələcək. Görəsən, AAK sədri Famil Front oğlu Mustafayev və AMEA sədri İsa Həbibbəyli həmin qonaqları Azərbaycan elminin əldə etdiyi hansı elmi yeniliklərlə tanış edəcəklər?..

İnformasiya şöbəsi

0.015194892883301