İki kəndi su basması ilə bağlı icradan AÇIQLAMA - VİDEO

İki kəndi su basması ilə bağlı icradan AÇIQLAMA - VİDEO
 

Qəbələdə Dəmiraparançayda yaranan sel nəticəsində su basan ərazilərdə müaviq işlər aparılır.

Bu barədə Qəbələ Rayon İcra Hakimiyyətindən Paralel.az -ın sorğusuna cavab olaraq bildirilib.

“Qəbələ rayonunda 24.07.2024- cü il tarixdən geçə saatlarından intensiv yağan güclü leysan yağışları nəticəsində rayon ərazisindəki Dəmiraparan və Tikanlı çaylarında suyun səviyyəsi qalxıb, Abrıx və Tikanlı kəndlərində kənd arası yollara çıxan çınqıl və qum kənddaxili yolları yararsız hala salıb. Baş vermiş fəsadların aradan qaldırılması üzrə aidiyyəti qurumlar tərəfindən müvafiq işlər aparılır, texnikalar vasitəsilə suyun istiqaməti dəyişmiş, hazırda vətəndaşların həyətinə və fərdi yaşayış evinə hər hansı bir təhlükə yoxdur” – cavabda deyilir.

Billurə Yunus

 

0.017879009246826