Ağadadaş Ağayevi döyən mühafizəçi həbsdən yeni çıxıbmış
"Hüquqlarını müdafiə etdiyim Ağadadaş Ağayev video görüntülərdən göründüyü kimi, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış və buna görə də ciddi həkim nəzarəti altında müalicəsini davam etdirir".
Paralel.az xəbər verir ki, bunu Xalq artiusti A.Ağayevin vəkili Asim Abbasov deyib. O, müğənnini döyən mühafizəçinin xuliqanlığa görə əvvəllər də məhkum edildiyini bildirib:
"Daha əvvəl dəfələrlə məhkum olmuş qarşı tərəf N.Cəlilov 2013-cü il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında AR CM-nin 144-cü maddəsi (adam oğurluğu) ilə təqsirli bilinərək 9 il müddətində azadlıqdan məhrum edilib. O, həbsdən yeni çıxıb. Həmçinin N.Cəlilov daha əvvəl də Rusiya Federasiyasında “xuliqanlıq” maddəsi ilə məhkum edilib” – o söyləyib.