Beyinlə bağlı təəccübləndirən KƏŞF

Beyinlə bağlı təəccübləndirən KƏŞF
 

Canlı oyaq ikən beynin bəzi hissələrinin çox qısa müddətə yuxuya getdiyi, yuxuda ikən isə həmin nahiyələrin qısa müddətə aktivləşdiyi müəyyən edilib.

Medicina.az xəbər verir ki, “Nature Neuroscience” jurnalında nəşr olunan araşdırma çərçivəsində siçanların beyinləri tədqiq edilib.

Orqanın 10 müxtəlif nahiyəsinə nazik elektrodlar yerləşdirilib. Beyin dalğalarının gərginliyi qeydə alınıb.

Bir neçə ay ərzində bu şəkildə toplanan məlumatlar daha sonra yuxu ilə oyaqlığı ayırd etməyi öyrənən süni neyron şəbəkəsinə ötürülüb.

Alimlər qeyd ediblər ki, model beynin bir sahəsinin bir neçə millisaniyə ərzində oyandığını, beynin qalan hissəsinin isə yatdığını göstərib. Beyin oyaq olanda belə, eyni bölgə bir neçə millisaniyəlik yuxuya gedib.

Nəticələrin insanlara da aid olub-olmadığı hələ məlum deyil.

Alimlər araşdırmalarına davam edəcəklərini bildiriblər.

 

0.06000804901123