Millətin müəllimi, mətbuatın atası... 

Millətin müəllimi, mətbuatın atası... 
 

Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur.
                                        Qiymət, öz işin üçün mükafat,tərif və s. axtarma.      
                                        Xalq üçün çalış, o, arxanca gedəcək və səni qiymətləndirəcək.      Bunun üçün əvvəlcə  onun  inamını qazan. 

Həsən bəy Zərdabi
                                                           

149 il əvvəl Milli mətbuatımızın əsası qoyuldu. Bu gün Milli Mətbuat və Jurnalistika Günü kimi tariximizdə  həkk olundu. Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi mənəvi ustadımız, Azərbaycan mətbuatının Simurq quşu Həsən bəy Zərdabinin keşməkeşli həyatına işıq tutmaq istəyirəm:
Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, gələcəyini müəllimə etibar edir. Dünyada gözəl, nəcib peşələr çoxdur. Fəqət müəllimlik bütün peşələrin fövqündə dayanır. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər.  Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır.Amma məktəb müəlliminin missiyası ilə millətin müəllimi missiyası arasında fərq var. Biri şagirdlərinin rifahı,digəri milləti gələcəyi üçün ömrünü şam kimi əridir... Аzərbаycаn mədəniyyəti tаriхində misilsiz хidmətləri оlаn, həyаt və yаrаdıcılığı ilə öz хаlqının mədəni və еlmi fikir intibаhı tаriхində silinməz izlər qоyаn görkəmli mütəfəkkir və ictimаi хаdimlərdən biri də Həsən bəy Zərdаbidir.
Azərbaycan milli mətbuatının banisi, görkəmli jurnаlist, аlim, pеdаqоq, mааrifçi-dеmоkrаt ,Azərbaycan milli ideologiyasının nəzəri və əməli yaradıcılarından biri, XIX əsrdə azərbaycançılıq görüşlərilə Azərbaycan cəmiyyətində əsaslı dönüş yaradan ziyalı Həsən bəy Səlimoglu (Zərdabi) 1837-ci il iyun аyının 28-də Göyçay qəzasının (1854-cü kеçmiş Bakı quberniyasınа dахil оlаn) Kür çayının sahilində yerləşən Zərdab kəndində Rəhim bəyin oğlu Səlim bəyin ailəsində аnаdаn оlmuşdur. Həsən ərəbcə böyük gözəl deməkdir.Həsən bəyin babası  Məlik olmuş Rəhim bəy Şirvan xanlığının Qarasubasar mahalının naibi olmaqla, eyni zamanda həmin mahalın tərkibinə daxil olan qədim Zərdab kəndinin mülkədarı olub. Məlik Rəhim bəyin  4 oğlu və 2 qızı olub: Səlim bəy, Qasım bəy,   Hidayət bəy,   Əsəd bəyTubu və Ayna xanım. Səlim bəyin isə 3 övladı olub: Həsən bəy, Şirinxanım, İmarət xanım.
İmarət xanım Nəcəfqulu bəy Vəliyevlə ailə qurmuş və Azərbaycanın tanınmış iqtisadçısı, etnoqrafı, görkəmli ensiklopedik alimi olmuş Məhəmmədhəsən bəy Vəlilinin (Baharlının) anasıdır.
Səlim bəy oğluna keçmişi öyrətdikcə onun tərbiyəsinə təsir edir. Ona keçmişdən ibrət ala biləcək bir çox materialları verə bilirdi. Səlim bəy ona İran şahzadəsi Xosrov Mirzə ilə olmuş bir əhvalatı anlatmışdır:
“ Xosrov Mirzə Qarabağ yolları ilə keçib İrandan Leninqrada (Peterburqa ) çar hüzuruna gedərkən bəylər və xanlar tərəfindən Şirvan hüdudunda qarşılanmışdı. Bunların sırasında Rəhim bəy də bulunurmuş. Rəhim bəyin yanındakı bir bəyə bir söz anlatdığını görmüş şahzadə onun yanına gələrək nə danışdığını soruşar. Rəhim bəy cəsarətlə qorxmadan qonşusunun qulağına söylədiklərini şahzadəyə təkrar edər:” Xosrov Mirza qadın kimi bəzənməyi tərk edərək at belində Iran kəndlarini gəzib rəiyyətinin ehtiyaclarını öyrənərsə, şübhəsiz,gələcəkdə ədalətli bir şah olur. İndiki halda Xosrov Mirzə qadındır. Onun bu yaşayışından İran əhlinə heç bir nicat yolu yoxdur”- demişdi. Təbiidir ki, bu sözlər şahzadəyi məmnun etmişdi,ancaq Rəhim bəyin cürəti onu heyrətə salmışdı”.
Mədrəsədən universitetə…
Görkəmli ziyalı Həsən bəy Zərdabi ilk təhsilini Zərdab kəndindəki mədrəsədə almışdır. Burada ərəbcə və farsca öyrənən Həsən bəy 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılmışdır. Məktəbi bitirmək üçün imtahan verəndə Qafqaz Təhsil Komissiyası müdiri baron Nikolayın diqqətini çəkmiş və baron onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif etmişdir. Bu ərəfələrdə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişdilər.                            Tiflisdə yaşayan atasının dayısı general Fərəc bəy Ağayev bu hadisədən sonra hadisəyə müdaxilə edərək  Zərdabini Tiflisə gətirtdirmişdir. Tiflisdəki məktəb üçün girdiyi imtahanları uğurla bitirən Zərdabi 1858 - ci ildə I Tiflis məktəbinin V sinfinə qəbul olmuşdur. 1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi elə eyni ildə dövlət təqaüdü ilə Moskva Universitetində fizika-riyaziyyat fakültəsində təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir.Moskva Üniversitetinin fizika - riyaziyyat fakültəsinin təbiətşünaslıq şöbəsinə imtahansız qəbul edilən Zərdabi  1865-ci ildə bu universiteti fərqlənmə diplomu ilə bitirmişdir.Bu təhsil ocağını əla qiymətlərlə bitirdiyinə və nümunəvi əxlaqına görə 1865-ci il iyun ayının 10-da universitetin Elmi Şurası ona təbiət elmləri namizədi alimlik dərəcəsi adını verir. Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilmişdir. Lakin Vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu onu Azərbaycana çəkib gətirmişdir.Zərdabinin dünya görüşünün formalaşması Moskva Dövlət Universitetində oxuduğu illərdə daha da sürətlənmişdir. Bu dövrdə Rusiyada çarlıq əleyhinə gənclik hərəkatları var idi. Bu hərəkatın rəhbərləri Moskvada yaşamaqda və hərarətli tərəfdarları olan gənclər də Moskva Universitetində oxumaqda idi. Bu çevrə ilə yaxın əlaqələr quran Zərdabi oxuduğu fakültədəki müəllimlərin vasitəsilə darvinizmdən təsirlənmişdir ,amma darvinizmin tərəfdarı olub-olmaması hələ də sübut olunmayıb.Zərdabi universitet illərində dövrün irəlidə gedən elm adamları ilə tanışmışdır. Tarixçi Solovyov və yazıçı Pleşeyevlə yaxın münasibəti olmuşdur. Solovyovun evinə tez-tez gedən Zərdabi Solovyovun qızına qarşı hissləri olmuşdur.İdealist olan Zərdabi Solovyovun qızı ilə evlənəcəyi təqdirdə həm gələcəyə yönəlmiş ideallarından əl çəkmək məcburiyyətində qalacağını, həm də bu davranışının xalqı tərəfindən heç xoş qarşılanmayacağını düşünərək təhsilini tamamladıqdan sonra universitetdə qalması yönündəki təklifləri rədd etmiş və xalqına xidmət etmək üçün vətəninə dönmüşdür. Universiteti bitirərkən onun bu təhsil ocağında qalıb işləməsi təklif olunsa da Həsən bəy bununla razılaşmır. Böyük ideya və amallar sahibi olan Zərdabi “Vətənim Azərbaycandan kənarda qalmağı özüm üçün ölüm hesab edirəm”- deyir. O, sözsüz ki, xalqını zülmətdən, gerilikdən xilas etmək üçün Azərbaycana qayıtmaq qərarına gəlir. Həsən bəy bununla əlaqədar yazırdı:
“Mənim xalqım bu saat şirin yuxudadır, cəhalət girdabında boğulur, mənim kimi adam bunu görüb onlardan kənarda qala bilməz. Elmsiz bu zəmanədə dolaşmaq mümkün deyil”. Bəli, Həsən bəy bu fikirlərlə yaşayır, yaradır və öz xalqının xeyrinə iş görmək istəyirdi.
 
 Mübariz ruh və ya əlində çıraq gəzən Diogenimiz...
 
Mədəniyyət xadimi Həsən bəy Zərdabiyə “Azərbaycanın Sokratı” deyirlər,amma biz onu Sokratla bərabər günün günorta çağında əlində çıraq tutub “adam axatarıram”-deyə fəryad edən yunan filosofu Diogenə bənzədirik.Zərdabi universiteti bitirdikdən sonra Tiflisdə Torpaq İdarəsində (Mejovoy Plata) işləməyə başlayır. Həsən bəy Zərdabi Moskva Universitetini bitirdikdən sonra ölkəyə dönərkən Tiflisdə “Mejevaya palata” (Torpaq sərhəd hüdudlarını müəyyən edən, torpaq bölgüsü işi ilə məşğul olan, yer quruluşu tədbirləri sistemini həyata keçirən idarə) adlı idarədə işləməklə yanaşı, eyni zamanda, burada “8- ci mejevaya” (mərzçəkmə) komissiyasında məhkəmə üzvü kimi fəaliyyət göstərir. O, yoxsul və kimsəsizləri müdafiə etdiyinə görə idarə rəhbərliyi və bu idarənin müdafiə etdiyi çar məmurları onun burada işləməyinə imkan vermirlər. İnsan xoşbəxt olduqda yaxşı bir insan olur,amma hər yaxşı insan xoşbəxt olmur.
 Həsən bəyə Tiflisdə sui-qəsd hazırlanır, onu öldürmək istəyirlər. Xalqımızın böyük oğlu ,dramaturq M.F.Axundovun müdaxiləsi nəticəsində bu sui-qəsd baş tutmur. O, birtəhər canını qurtarır.1866-cı il 28 dekabrında Bakı Qəza İdarəsində işə düzələn Zərdabi bir müddət pasport-masa rəisi və kargüzar vəzifələrində çalışır.      

Lakin Həsən bəy Zərdabinin burada da işləməsi qeyri-məqbul sayılır.  Odur ki, Qubaya gedir və 1868-ci ilin 28 fevralında barışıq məhkəməsinin katibi vəzifəsinə təyin olunur. Burada da analoji haqsızlıqları görüb onlara qarşı mübarizə aparır. Nəticədə yerli bəylər Zərdabini öldürmək qərarına gəlirlər. Lampa işığında, iş otağında işlə məşğul olan zaman atılan güllə pəncərənin şüşəsinə dəyib ondan yan keçir. Zərdabi Qubada da uzun müddət işləyə bilmir. 1868-ci ilin 4 oktyabr tarixində məhkəmənin katibi vəzifəsindən kənarlaşdırılır.Bu vəzifədən ayrıldıqdan sonra 28 fevral 1868-ci ildə Qubada məhkəmə katibi olaraq işləməyə başlayır. 4 oktyabr 1868-ci il tarixində işinə son verildikdən sonra bir müddət Şamaxıda müstəqil məhkəmə vəkilliyi etmişdir.
 18 noyabr 1869 - cu ildə Bakıda məktəbə təbiət elmləri üzrə müəllim kimi işə düzəlmişdir. 18 noyabr 1869-cu il tarixdən etibarən Bakı Real Gimnaziyasında yeganə azərbaycanlı olaraq təbiət tarixi fənnindən tədrisə başlayır. Bakıdakı müəllimlik fəaliyyəti zamanı onun həyatında yeni dövr - maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır. Lakin problemin çətinliyi onda idi ki, Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlı idi. Azərbaycanlı şagirdlər də yox dərəcəsində idi. Bununla da Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmağı qarşısına məqsəd qoyur. “Cəmiyyəti-xeyriyyə" adlı qurum təsis edib kasıb uşaqlarını oxutmaq üçün maliyyə axtaran Həsən bəy Qarabağ bəyləri ilə görüşür. Onun fikrini bilən bəylər narazı halda bir-birinin ardınca məclisi tərk edir. Onlar Həsən bəyin kasıb uşaqlarını oxutmaq istəyini qınayırlar, yəni, kasıb uşaqları nə üçün bizim uşaqlarla birgə oxumalıdır, bərabər səviyyədə olmalıdır?! Lakin ruhdan düşməyən mübariz insan bundan sonra müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda "Cəmiyyət-xeyriyyə" də yaratmışdı. Beləliklə,Zərdabi məktəbdə təhsil alan kasıb tələbələrə yardım etmək, yetim, kimsəsiz uşaqların təhsilə cəlb olunması məqsədilə “xeyriyyə cəmiyyəti” yaratmaq ideyasını irəli sürmüşdü, cəmiyyətin nizamnaməsinin təsdiqinə nail olmuşdu.
 Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərə "Cəmiyyət-xeyriyyə"yə üzv yazdırmaqla məşğul olmuşdu. Yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı azərbaycanlı qadın müəllimlərə ehtiyac yarandığından  Həsən bəy Zərdabi 1872-ci ildən "Qafqaz" qəzetində Tiflis "Müqəddəs Nina" Qadın gimnaziyasını bitirən qızların müəllim kimi peşəsini davam etdirməklərini təbliğ edir. Bundan sonra, Zərdabi bir gün "Qafqaz" qəzetindəki xəbərdən Tiflisdə olan “Müqəddəs Nina” adlı qız məktəbindən məzun olanların arasında Balkar türklərindən olan Hənifə xanım Abayevanın da olduğunu öyrənir.
İki məşəl birləşəndə mayak olar...
Qeyd olunduğu kimi Azərbaycanın görkəmli şəxsiyyəti, jurnalisti, maarifçisi və naşiri olan Zərdabi oxumağa göndərilən uşaqların qayğısını çəkmək, rus dilini bilməyən şagirdlərə həm rus dilində, həm də ana dilində tədris üçün tərbiyəçi qadın haqqında fikirləşir. Xoşbəxt bir təvafüq Həsən bəyə yardımçı olur. Tiflisdə nəşr olunan “Kafkaz” qəzetində, Tiflisdə “Müqəddəs Nina” qız məktəbini bitirən məzunların siyahısını nəzərdən keçirdikdə qeyri millətərin arasında Hənifə adlı müsəlman qızının adına rast gəlməsi onun böyük sevincinə səbəb oldu. Həsən bəy Zərdabi Hənifə xanımda “var-dövlət, zahiri gözəllik olmasın, təki onda el üçün döyünən sadə, insanpərvər qəlb olsun” fikri, xəyalı ilə Tiflisə yola düşür. Fikirləşir ki, belə olan halda onunla ailə həyatı qura bilər, həyat yoldaşı ilə çiyin-çiyinə xalqın uşaqlarını öz ətrafına toplayar, yeni-yeni məktəblər açar, arzu və istəklərinə nail olar.Kübar qızlar məktəbinin direktoru Həsən bəy Zərdabinin nə məqsədlə gəldiyini bildikdə sevincək ona Hənifə xanımın qısa tərcümeyi - halını danışır.  

Məktəbin direktoru Həsən bəyi buraxılış münasibətilə keçiriləcək gecəyə dəvət edir. Bu gecədə çar ordusunun zabiti və Terek vilayətinin Nalçik şəhərindən olan Balkar knyazı Aslanbek Abayevin 16 yaşlı qızı Hənifə xanım iştirak edirdi. Hənifə Abayeva Şimali Qafqazda ali təhsil alan ilk müsəlman xanım olub.Həsən bəy Zərdabinin bu tədbirdə möhtəşəm musiqi sədaları altında Hənifə xanımla tanışlığı, onların rus dilində söhbətləri baş tutur.Bundan sonra Tiflisə gedən Zərdabi Hənifə xanımı taparaq onunla tanış olur və ona gələcəklə bağlı fikirlərini deyir. Həyat yolları, fikirləri, amalları üst-üstə düşən ideya, məslək yoldaşı kimi Bakıya gəlirlər. Hənifə xanımın da eyni fikirdə olduğunu öyrənən Zərdabi ona evlənmə təklifi edir. Həsən bəy Zərdabi Hənifə xanım Abayeva (Məlikova) ilə 1872-ci ildə ailə həyatı qurur. Bir il sonra 1873-cü ildə onların Bakı şəhərində Pəri adlı ilk övladı dünyaya gəlir. Hənifə xanım Bakıya gəldiyi ilk gündən gərgin fəaliyyətə başlayır. Həsən bəyin oxutduğu yoxsul şagirdlər onun simasında öz doğma analarını tapmış olurlar. Lakin imkansızlıq, maddi vəziyyətin ağır olması, cəmiyyətə yardım göstərilməməsi Həsən bəyin fəaliyyətini məhdud dərəcədə ağır vəziyyətə salır, müsəlman cəmiyyəti-xeyriyyəsi bağlanır. Hənifə xanım Abayeva (Məlikova) 05 may 1856-cı ildə Şimali Qafqazın Nalçik şəhərində anadan olmuş, Tiflisdə “Müqəddəs Nina” qız məktəbində təhsil almışdır.Hənifə xanım həyat yoldaşı Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrində fəal iştirak etmiş, çox böyük dünyagörüşünə malik Azərbaycanın ilk maarifçi qadınlarındandır... Hənifə xanım Məlikova 1880-ci ildə öz mənzilində məktəb açaraq kasıbların, kimsəsizlərin təhsili ilə məşğul olmuşdur. Həsən bəyin kiçik qızı Qərib Soltan xanım Məlikova xatirələrində yazırdı: “Evimizdə 10 uşaq qalırdı. Anam onları məktəbə hazırlayırdı. Bu uşaqların biri Qubadan gəlmişdi. O oxumaq istəyini qətiyyətlə atama bildirmişdi. Atam onu zarafatla Azərbaycanın Lomonosovu adlandırırdı. Seyidov familiyalı bu uşaq sonra ali hüquqşünas təhsili aldı. Atam bu uşaqlara çox qayğı və diqqət göstərirdi. Uşaqlar onun ümid və iftixarı idi".
Qərib Soltan xanımın anası Hənifə xanım özünün tərcümeyi-halının “Məşğuliyyət növü” bölməsində yazırdı: “…1-ci türk cəmiyyətinin pansionunda türk şagirdlərinə pulsuz dərs vermişəm, 1877-ci ildə hökumət pansionu bağladı… uşaqları gizli oxutmağa davam etdim”. Məlumdur ki, çar hökuməti tərəfindən pansionun bağlanmasının və Hənifə xanımın şagirdlərə gizlin olaraq dərs deməsinin başlıca səbəbi ondan ibarət idi ki, o zaman gənc azərbaycanlı ziyalıların yetişməsindən imperiya hakimiyyəti, çar rejimi çox narahat idi.Hənifə xanım əri Həsən bəylə Zərdab kəndində polis nəzarəti altında yaşamağa məcbur olanda da o, qadınlar arasında maarifçilik işi ilə məşğul olur, Həsən bəyin açmış olduğu məktəbdə dərs deyir. Məlikovlar ailəsi Bakıya köçdükdən sonra, Hənifə xanım 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin direktoru olmuş, eyni zamanda, 1904-1908-ci illər ərzində yaşlılara dərs demiş, Bakıdakı “Nicat” cəmiyyətinin qadın bölməsinin yaradıcılarından olmuşdur. 1909-1919-cu illərdə şəhər dövlət birinci rus-tatar (rus-Azərbaycan) qız məktəbinin müdiri işləmişdir. Azərbaycanda sovet hökuməti qurulduqdan sonra, Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifələrdə çalışmışdır. Qafqazın bütün müsəlman qadınlarının mənəvi anası hesab olunan Hənifə xanım “Azərbaycanın Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.Yaşlı nəslin nümayəndələri olan müəyyən ziyalılarımızın söylədiklərinə, onların yazılarına diqqət yetirdikdə belə məlum olur ki, bütün həyatı boyu müəllimlik etmiş, pedaqoji fəaliyyət göstərmiş, Azərbaycan maarifinin təşəkkülü ilə bağlı olan, 1929-cu ildə dünyasını dəyişən Hənifə xanım Məlikova şəhər qəbiristanlığında dəfn olunmuş, sonradan onun məzarının yeri dəyişdirilmiş və Fəxri Xiyabanda əri Həsən bəyin yanında dəfn olunmuşdur.       

Milli teatr və Həsən bəy Zərdabi
Azərbaycan milli teatrın banisi  Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu və nəticədə Azərbaycan teatrının əsası qoyuldu. O, zəhmətkeş kütlələrin xoşbəxtlik və tərəqqisini elmdə görmüş, elmin, təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət vermişdir. Həsən bəy Zərdabi geniş ictimai fəaliyyət göstərmiş, N.Nərimanov ilə birlikdə 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayının təşəbbüskarı olmuş və qurultayın işində yaxından iştirak etmişdir. Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərmişdir. Zərdabinin Azərbaycan xalqına ən böyük xidmətlərindən biri də el atası Hacı Zeynalabdin  Tağıyevlə birlikdə 1901-ci ildə Bakı şəhərində qız məktəbinin açmasıdır. Aleksandra Fyodorovna adına rus-müsəlman Qadın Məktəbi (“Tağıyev qız məktəbi”) açılması ilə böyük maarifçinin uğrunda illərlə mübarizə apardığı azərbaycanlı qızlar üçün təhsil müəssisəsi yaratmaq ideyası reallaşır. Həsən bəy Zərdabi 1896-cı ildə məktubla müraciət edərək müsəlman qızlar üçün məktəb açmağa vəsait ayrılmasını xahiş etmişdi,lakin qubernator onun bu xahişini rədd etmişdi. Amma beş ildən sonra xalqın savadlanması yolunda son qəpiyini belə xərcləyən Hacı Zeynalabdin Tağıyev Zərdabinin arzusunu ləyaqətlə həyata keçirdi. Onu da qeyd etmək lazımdır ki, həmin məktəbin müdiri elə Hacı Zeynalabdin Tağıyevin təklifi ilə Həsən bəyin zövcəsi, olduqca ziyalı bir qadın Hənifə xanım idi. Gündəlik həyatında və işində xalqla sıx bağlı olmuş, asudə vaxtlarını xalq arasında keçirmiş, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirmişdir. Apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdır.
                                            Mətbuatın atası...
Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatın yaranması zərurətini doğurmuşdur. Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmişdir. Azərbaycan milli mətbuatının banisi Zərdabi türkcə qəzet nəşr etdirmək üçün müraciət etmiş, lakin buna nail ola bilməmişdi. Sonda Bakı valisi Staroselskinni senzura məsələsini öz öhdəsinə götürməsindən sonra qəzet çıxarmaq üçün icazə alına bilindi.Bununla əlaqədar o İstanbuldan hürufat gətirtdirmiş ,nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. “Əkinçi” qəzeti  Azərbaycan, həmçinin də bütün Rusiyada nəşr olunan ilk türkdilli qəzetdir.

Çar Rusiyasında 1865-ci ildə qəbul olunmuş "Senzura haqqında qəti qanun"dan sonra mətbu nəşrin qeydə alınması və çapı olduqca çətin iş idi. Çar idarələrindəki süründürməçilik, hərc-mərclik Həsən bəy Zərdabinin qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymadı. Zərdabinin rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu. Maliyyə vəsaiti əldə etdikdən  sonra H.Zərdabi Bakının  qubernatoru, general -mayor  D.S.Staroselskiyə ərizə ilə müraciət edərək qəzet nəşrinə icazə istədi.  Bu məsələyə toxunan Zərdabi yazır: “Mən ona fərzimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını “Əkinçi”  qoyum  ki, guya məhz əkin və ziraətdən danışacaq və özü də boynuna  çəkdi ki, senzorluğunu qəbul eləsin. Bu tövr ərizə verib icazə aldım”. Mətbuat tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, 1875-1920-ci illər” adlı kitabında vurğulayıb ki, Azərbaycan milli mətbuatının əsasını təşkil edən bu mətbu nəşrin adının "Əkinçi" olması, şübhəsiz ki, çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü A.Aşırlı  kitabda qeyd edib ki, “Əkinçi”nin sorağı Londona da gedib çıxmışdı: “Bakıya  gələn bir fransız müxbiri  isə H.Zərdabinin təkbaşına qəzet çap etdiyini öyrənib onun ziyarətinə getmiş və deyib: “Siz həqiqi qəhrəmansınız. Bizdə belə  bir  kasıb qəzetdə işləməyə razı  olan  bir nəfər də tapılmazdı. Sizin enerjinizə heyranam. Görünür, öz xalqınızı ürəkdən  sevirsiniz”. Fransız müxbirinin müşahidələrinin ciddi əsasları vardı və şübhəsiz ki, Zərdabini hərəkətə gətirən milli təəssübkeşlik hissi idi.
1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300–400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti çar hökuməti tərəfindən bağlanır, 1878-ci ildə isə o, gimnaziyada müəllimlikdən azad edilir.Çar hökuməti üçün “təhlükəli” hesab edilən Həsən bəyin Bakıda qalması lazım bilinmir. Yekaterinodar (Krasnodar) şəhər gimnaziyasına müəllim göndərilmək adı ilə Bakı gimnaziyasından uzaqlaşdırılır. Həsən bəy hara gedirdisə, kimə müraciət edirdisə, ona iş verən yox idi. Bu zaman onun həyatında faciə baş verir. Üç yaşlı qızı Fatma vəfat edir və bunun ardınca bir yaşına çatmamış üçüncü qızı da dünyasını dəyişir.Bir müddət işsiz qalan, Hənifə xanımın təklifi ilə razılaşan Həsən bəy 1880-ci ildə ailəsi ilə doğma kəndi Zərdaba köçdüyü vaxtda Pəri artıq 7 yaşının içində idi..Həsən bəylə Hənifə xanım Zərdabda yaşadıqları dövrdə artıq onların böyük oğlu Midhəd bəy, kiçik oğlu Səffət bəy, kiçik qızı Qərib Soltan xanım və Zərdabinin qardaşı oğlu Rəhim bəy Məlikov Göyçay bölgəsinin Zərdab kəndində dünyaya gəlmişdi.Professor Ziyəddin Göyüşov “Həsən bəy Zərdabi” əsərində yazır ki,H.B.Zərdabi kəndə köçməyə məcbur olduğu illərdə də (1880-1896)  xeyriyyə təşəbbüslərində olmuş, burada məktəb açmaq, qəzet nəşr etmək üçün gərgin  əmək sərf etmişdi. Beşillik mübarizədən sonra məktəbin açılmasına icazə almışdı.  Lakin qaragüruhçular, polis məmurları məktəbin fəaliyyətə başlamasına mane olmuşlar.  Həsən bəy ruhdan düşmür, qadın və uşaqların təlimini evində öz xərci ilə təşkil edirdi.  Hənifə xanım uşaqlara və qadınlara dərs öyrədir, rus dilindən maraqlı  hekayələr  tərcümə edirdi. Eyni zamanda qadınlara əl işlərini, barama becərməyin qaydalarını  da  öyrədirdi. Habelə kənd uşaqlarını peyvənd edir, onlara sağlamlığı qorumağın  yollarını   başa salırdı. 1896-cı ildə on altı il davam edən könüllü-məcburi Zərdab sürgünündən  (1880-1896) Bakıya dönən Həsən bəy yenidən çoxşaxəli ictimai fəaliyyət meydanına atılmışdı. Bir il sonra kürəkəni Əlimərdan bəy Topşubaçovun "Kaspi" qəzetini milyonçu H.Z.Tağıyevdən icarəyə götürməsi yenidən qəzetçiliyə qayıtmasına təkan vermişdi. F.Jorjon Azərbaycan dilində Zərdabi tərəfindən nəşr  olunan  “Əkinçi” ilə yanaşı “Ziya”, “Ziyayi-Qafqaz”, “Kəşkül” məcmuələrinin də adını çəkir. O, sonralar Azərbaycan ziyalılarının öz maarifçilik ideyalarını “Kaspi” kimi mətbuat orqanında da ifadə etdiklərini göstərir.Əvvəl “Kaspi” qəzetində işləməyə başlayan Zərdabi çox keçmir ki, Bakı 6 Şəhər Dumasına deputat seçilir, maarif komissiyasının üzvü olur. O, hər zaman Dumanın iclaslarında şəhərin uzaq məhəllələrində məktəb və xəstəxana açılması məsələsini qaldırır, çox zaman onun müsbət həllinə nail olurdu. Təsadüfi deyil ki, onun deputatlıq vaxtında Azərbaycan məktəblərinin sayı üçdən on altıya yüksəlmişdi. Həsən bəy həmin məktəblərdə ana dili tədrisinin həcmini artırmaq üçün daim mübarizə aparırdı, Bakıdakı xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edirdi. XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda milli ziyalıların bir araya gəlməsində, vahid milli Azərbaycan ideyası ətrafında birləşməsində Həsən bəy Zərdabinin müstəsna rolu olub.

  Şərəfli ölüm və merac edən tabut...

Zərdabi ölümünə yaxın iflic keçirmişdir. İflic xüsusilə dilində olduğu üçün danışa bilmir, lakin o buna fikir verməyərək ölümünə qədər “Kaspi”qəzetindəki vəzifəsini davam etdirmişdir.Millətin mənəvi atası” hesab olunan dahi Həsən bəyin xalq üçün döyünən ürəyi  1907-ci il noyabrın 28-də səhər saat 11-də çərşənbə günü dayandı və əbədiyyətə qovuşdu...   Ölümündən bir gün əvvəl ailəsinin bütün etirazlarına baxmayaraq, sonuncu dəfə “Kaspi”nin redaksiyasına baş çəkdi, günün çox hissəsini orada keçirdi, sanki sağollaşdı. Həsən bəy dünyasını dəyişdiyi son anda da xalqa sonsuz məhəbbətini ifadə edərək belə demişdi: “Sizdən xahiş edirəm: təntənəli dəfn mərasimi düzəltməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn və saiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu, mənim başı bəlalar çəkmiş xalqım üçün çox faydalı olar”. (“Kaspi” qəzeti, № 264, 1907- ci il). Böyük şəxsiyyətlər təkcə öz həyatları və əməlləri ilə deyil, ölümləri ilə də mənsub olduqları milləti, ümumən insanları yaxınlaşdırmağı və birləşdirməyi, xoş gələcək uğrunda mübarizəyə səfərbər etməyi bacarırlar. Cənazəsi çox böyük kütlənin müşayiəti ilə dəfn edilmişdir.
Həsən bəy Zərdabinin dəfn mərasimində Əhməd bəy Ağaoğlunun çıxışı diqqət çəkib:“Ey müqəddəs ruh, Sən ki, gedirsən o dünyaya, əvvəla, bizdən babalarımıza salam deyərsən. Sonra da tutub babalarımızın yaxasından soruşarsan ki, ay kişilər, bu nə vətəndir bizə qoyub getmisiniz? Vəzifəlisi oğru, məmuru rüşvətxor, bir-iki ziyalısı var, onlar da bir-biri ilə didişirlər. Eyvah, nə bu irs olaydı, nə də biz!”
Rusiyanın demək olar ki, hər bir regionundan oxucular onun ölümü haqqında məlumatlar yaymışdır. Həsən bəyin mənzilinə xalq kütləsinin axını başlamışdı. Bununla bağlı Qərib Soltan Məlikova xatirələrində yazırdı: “Dəfn mərasiminə gələn adamların çoxluğu az qala bütün şəhərin bura toplanması təəssüratını yaradırdı…, otağa bir ucdan əklillər gətirirdilər…, onlar üzərində təsəlli sözləri yazılmış, enli lentlərlə çevrələnmişdi. O qədər çox əklil vardı ki, yığıb-yığışdırmaq mümkün deyildi”.
 1937-ci ildə xəbər yayılır ki, yeni çəkilən Bakı-Salyan şose yolu Şıx kəndindəki Bibiheybət məscidinin ətrafında yerləşən qəbiristanlıqdan keçəcək. Kim istəyir,doğmalarının, yaxınlarının məzarını köçürə bilər. O zaman Həsən bəyin ailəsindən kim qalmışdı? Həyat yoldaşı Hənifə xanım 1929-cu ildə Bakı şəhərində vəfat etmişdi, böyük qızı Pəri xanım Topçubaşova 1947-ci ildə Fransada mühacirətdə dünyasını dəyişmişdi. Böyük oğlu Midhəd bəy Almaniyada oxumağa göndərilmiş Cümhuriyyət tələbələrindən idi. Midhəd bəy Bakıda, Gəncədə yaşamışdı və o, Azərbaycanın işıqlı, xoşbəxt gələcəyi uğrunda apardığı quruculuq işlərinin qurbanı olmuş, ermənilərin donosu və üzədurması ilə 1937-ci ildə güllələnmiş, 1990-cı ildə bəraət almışdır. Kiçik oğlu Səffət bəy Fransada, sonra isə Türkiyədə yaşamış, təhsilini başa vurduqdan sonra Bakıya dönməyə çəkinmişdir. Bu zaman Bakıda Həsən bəyin ailəsindən yalnız evin sonbeşiyi Qərib Soltan xanım qalmışdı.Həsən bəyin möhtəşəm dəfnindən 30 il keçdikdən sonra, yaranmış mövcud zərurətə görə bu dahi insanın uyuduğu məzarın yeri mütləq dəyişdirilməli idi.Bir az yuxarıda dəfn olunan  dahi ziyalımızın qəbri yenə köçürülməli olur. Lakin bunu kim etməli idi?! Bu xəbəri eşidən Qərib Soltan xanım təlaş içində nə edəcəyini bilmir, kimə müraciət etsin?! Bunun ən əlverişli yolunu fəhlə tapıb Bakı-Salyan şose yolunun tikintisi altında qalacaq nəşi tez bir zamanda qəbirdən çıxarmaqda görür. Elə də edir, pul verib iki nəfər fəhlə tutur. 1937-ci ilin payızında mərhumun cəsədinin qalıqları bir yeşiyə yığılır və hər iki muzdlu fəhlənin çiyinlərində Bayıla qədər gətirilir və buradan tramvaya qoyularaq Qərib Soltan xanımın mənzilinə gətirilir və ona təhvil verilir. İztirablı həyat tərzi keçirən bu zavallı xalq müəlliminin böyük qardaşı Midhəd bəy Məlikov qeyd etdiyim kimi, 1937-ci ildə güllələnmiş, kiçik qardaşı Səffət bəy Məlikovdan ömrünün sonuna qədər xəbər tuta bilməmişdir, Parisdə yaşayan bacısı Pəri xanımın başına nələr gəldiyindən xəbərsiz olmuş, 1929-cu ildə anasını itirmişdi. 

Həyatının son illərində Azərbaycan Pedaqoji İnstitutunun fizika kafedrasının müdiri vəzifəsində işləyən qardaşı oğlu Rəhim bəy Məlikov isə 1936-cı il fevralın 23-də Bakı şəhərində naməlum şəkildə dünyasını dəyişmişdi.Qərib Soltan xanımın özü isə Şəmkirin Zəyəm kəndində müəllim işləyərkən hədə-qorxuya, təhqirlərə məruz qalmış, ölüm qorxusu keçirmiş, əsəbləri pozulmuşdu.
Qərib Soltan xanımın yeganə təsəlli yeri o idi ki, atası Həsən bəyin cəsədinin yeşiyə yığılmış sümükləri, ruhu onun yanında idi. Hansı ki, Həsən bəyin gor evi 7 il qızı Qərib Soltan xanımın mənzili olmuşdur(1937-1944).Həsən bəyin vəfatının 50 ili tamam olurdu. Bu dahi mütəfəkkirin xatirə gününün qeyd olunması məsələsini tanınmış ədəbiyyatçı alim ,zərdabişünas Abbas Zamanov Azərbaycan KP MK qarşısında qaldırır. Mərkəzi Komitənin şöbə müdiri Şıxəli Qurbanov məsələyə qarışır və yubiley komissiyası təşkil olunur. Layihə üzrə qəbrin abadlaşdırılması məsələsinə baxılan zaman məzarın harada olması sualı ortaya çıxır və onun yerini heç bir kəs bilmir.
Bu zaman Həsən bəyin Bakı şəhərində yaşayan yeganə varisi Qərib Soltan xanım yada düşür və ona müraciət etməli olurlar. Abbas Zamanov, tanınmış bioloq alim Mirəli Axundovla və eyni zamanda bir neçə filosof alimlə birlikdə Qərib Soltan xanımın yaşadığı mənzilə, Onun yanına gəlirlər. Gələnlərə “Atamın hər şeyini məhv etdiniz, indi də gəlmişsiniz sümüklərini aparmağa?! Bir də bu evə ayaq basmayın!” deyən Qərib Soltan xanım ,nəhayət, əsəblərini ələ aldıqdan sonra atasının 1944-cü ildə anası Hənifə xanımın yanında basdırıldığını bildirir və artıq 7-ci ildir ki,atamın sümükləri anasının yanında dəfn olunub.A.Zamanov tələbələri ilə birlikdə şəhər qəbiristanlığına üz tutur, Hənifə xanımın məzarı açılır, Həsən bəyin qutuya yığılan, xanımının ayaqları altında basdırılan sümükləri qəbirdən çıxarılır. Beləliklə, Həsən bəy üçüncü dəfə 1957-ci ildə dəfn olunur,amma bu dəfə 50 ilsonra layiq olduğu yerdə- Fəxri xiyabanda dəfn olunur.Səttar Zərdablı adlı bir qeyrətli şairimiz şəxsi maşınını sataraq H.Zərdabinin məzarını düzəltdirib... Bakı şəhərində yaşayan, tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin Prezidenti Səttar Zərdabi Həsən bəy Zərdabinin əmisi nəvəsidir.
 
P.S. Qəribsoltan Həsən bəy qızı Məlikova (11.06. 1896, – 9.03. 1967) ailə həyatı qurmamış, Tiflisdə rus gimnaziyasında təhsil almışdı.1915-1918-ci illərdə Bakıdakı rus-tatar (Rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci illərdə bir sıra çətinliklərə sinə gələrək Bakıdakı üçüncü rus qız gimnaziyasında, sonra isə ikinci rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs demiş, həm də pedaqoji kursda öz təhsilini artırmışdır. Qəribsoltan Məlikovaya 1948-ci ildə “Azərbaycanın  Əməkdar müəllimi” adı verilmişdir 1956-cı ilədək Bakının bir sıra orta məktəblərində yorulmaq bilmədən çalışmış, neçə-neçə nəslin yetişməsində böyük rol oynamışdır. Maarifpərvər  ziyalı  Qəribsoltan Məlikova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat etmişdir. Qəribsoltan xanımla Nanə xanımın qan qohumluğu olmayıb, sadəcə həmyerlidirlər və hər ikisi müəllimədir.Nanə Hacıyeva özü zərdablı olub. Qəribsoltan xanım Nanə xanımın oğlu Rauf Hacıyevi oğulluğa götürüb. Ona təhsil verib. Üzeyir Hacıbəyovun yanına aparıb. Onu böyüdüb, şəxsiyyət kimi formalaşdırıb. Hazırda Rauf  Hacıyevin nəvəsinin adı Qəribsoltandır. Özü də Qəribsoltan xanım Nanə Hacıyeva ilə birgə Yasamal
qəbiristanlığında dəfn edilib.
 Zərdabi yaşayır, yaşadılır və yaşayacaq.
     Azərbaycan müstəqillik qazanandan, suverenliyini əldə etdikdən sonra xalq Həsən bəy Zərdabinin dahiliyini, böyüklüyünü və xidmətlərini daha dərindən anladı. Azərbaycanın müstəqilliyinin qorunması, ölkəsinin inkişafı, xalqın gələcəyi naminə var qüvvəsini sərf edən, dünyanın ən müdrik və uzaq görən siyasətçilərindən sayılan, son otuz ildə Respublikamızın bütün sahələrdə sürətlə tərəqqi etməsində sonsuz dərəcədə böyük xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin 27 mart 2000-ci il tarixli fərmanı ilə torpaqlarımızın əsl sahibi mövqeyindən çıxış edən “Əkinçi”nin 125 illiyinin və eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2005-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Milli Mətbuatının 130 illik yubileyinin, 10 iyun 2010-cu il tarixli sərəncamına əsasən, Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin, eyni zamanda 4 iyun 2012-ci il tarixli sərəncamına əsasən, Həsən bəy Zərdabinin anadan olmasının 170 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi tarixi əhəmiyyət kəsb etməklə yanaşı, yalnız ölkəmizin çoxsaylı mətbuat və informasiya orqanları üçün deyil, bütövlükdə Azərbaycan ziyalıları və dünya azərbaycanlıları üçün də böyük bir bayrama, sevincə səbəb olmuşdur. Həsən bəy Zərdabi möhtəşəm həyat fəaliyyəti ilə xalqın qəlbində özünə əbədi ehtiram qazanıb. Hər il - 22 iyul Milli Mətbuat günündə qəzetçiliyin banisi kimi yad edilir. Vaxtilə məhkəmə katibi işlədiyi Qubada adı qəsəbəyə verilib, Bakıda, Zərdabda, Qubada heykəlləri qoyulub.
Həsən bəy Zərdabi (film, 2003) 2003-cü ildə “Azərbaycantelefilm”in istehsalı olan, görkəmli ziyalı H.Zərdabinin həyatından bəhs edən qısametrajlı bədii-sənədli televiziya filmi çəkilmişdir. Filmin ssenari müəllifi Nizami Xudiyev, rejissoru Vasif Məmmədzadədir. Filmdə xronikal-sənədli kadrlardan istifadə olunmuşdur. Həsən bəy Zərdabi rolunu - Emil Seyidzadə, Hənifə xanım rolunu isə Əsmət Fətəli canlandırmışdır.
Həsən bəy Zərdabi mükafatı H.Zərdabi mükafatı XX əsrin 90-cı illərində Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacılının təşəbbüsü ilə təsis olunmuşdur. Mükafat sərbəst nominasiyalar üzrə verilir.Həsən bəy Zərdabi medalı Azərbaycan Respublikası “Əkinçi” mətbuat cəmiyyəti 2004-cü ildə Həsən bəy Zərdabi medalını təsis etmişdir.Zərdabda mədəniyyət  parkı, məktəb lisey və Milli Elmlər Akademiyasının Təbiət Tarixi Muzeyi onun adını daşıyır.
 Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu nəzdində Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi 1930-cu ildə yaradılıb.Zərdabi adına Təbiət Tarixi Muzeyi ekspozisiyasında Azərbaycanın zəngin təbii sərvətləri əks etdirilmişdir. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından (balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Paleontologiya bölməsinin böyük marağa səbəb olması onunla izah olunur ki, burada nadir eksponatlar yerləşir (Binəqədi qır gölündən tapılmış onurğalı heyvanların skeletlərinin qalıqları). Geoloji bölmədə isə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir (minerallar, filiz, faydalı qazıntılar).  Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu mövcuddur.Bu ali təhsil ocağı ilk olaraq Xalq Komissarlar Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə Gəncədə Krupskaya adına iki illik Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır. 1943- cü il sentyabr ayının 1-də təhsil ocağı tam ali təhsil verən Gəncə Dövlət Pedaqoji İnstitutuna çevrilmiş. 2000-ci ildə isə Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi” haqqında 13 iyun 2000-ci il tarixli fərmanı ilə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun profili genişləndirilməklə, Gəncə Dövlət Universiteti yaradılmışdır. Hazırda Universitetdə təhsil 2 pilləlidir. 8 fakültədə 33 ixtisas üzrə bakalavr pilləsində əyani və qiyabi yolla, həmçinin magistratura pilləsinin əyani və qiyabi şöbəsində 3655 nəfər təhsil alırdı.
Mütəfəkkir və ədiblər Həsən bəy Zərdabi haqqında...
 
1.“Milli mətbuatımızın yaranmasında görkəmli ziyalı, içtimai xadim, nasir Həsən bəy Zərdabinin misilsiz xidmətləri olmuşdur. Onun minbir əzablara qatlaşıb çap etdirdiyi “Əkinci” qəzeti Azərbaycanda ana dilində mətbuatın əsasını qoymuşdur.”
                                                           Ümummilli lider Heydər Əliyev

2.Azərbaycan mədəni-içtimai fikir tarixinin görkəmli şəxsiyyətlərindən biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin zəngin irsi bugünki və gələcək nəsillərin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları baxımından müstəsna əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
 3.Azərbaycan ziyalılarının çoxunun özünə “mənəvi ata” saydığı Zərdabi bu gün də sıramızdadır.                                   Şair  M.Ə.Sabir
4.Еy аdlı, şərаfətli, fədаkаr böyük insаn,
 Аləmlərə sığmаz Vətənə еtdiyin еhsаn… (Şair Аbdullа Şаiq)
 5.Azərbaycan xalqının mədəniyyəti tarixində görkəmli maarifpərvər və təbiətşünas alim Həsən bəy Zərdabi 40 ildən artıq bir dövr ərzində Azərbaycan xalqının səadəti və tərəqqisi uğrunda yorulmaq bilmədən mübarizə aparmışdır.
                                                             Fəlsəfə üzrə professor Ziyəddin Göyüşov
Məqaləmi millətinin tərəqqisi yolunda özünü fəda edən, mətbuat fədaisi Həsən bəy Zərdabinin ümidverici bəlağətli nitqi ilə bitirmək istəyirəm: “Hər kəsi çağırıram, gəlməyir, göstərirəm, görməyir, deyirəm, qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxsüsus, doğru söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər.”
Ustad,o müqəddəs ruhun qarşısında baş əyirəm.Bu məqalə ilə nigaran ruhum rahatlıq tapacaq.Ruhun daim şad və xatirən həmişə əziz olsun.
Qədir Atamalı oğlu Kərimov, AJB-nin üzvü, ”Qızıl qələm” mükafatçısı.

Tədqiqatçı-filoloq  AJB-nin üzvü Qədir Atamalı oğlu Kərimov

Paralel.az 

 

0.026238918304443