"Real"ı seçən futbolçunu hədələyib başqa kluba satdılar
"Lill"in mərkəz müdafiəçisi Leni Yoro 62 milyon avroya "Mançester Yunayted"ə keçib. Lakin son vaxtlara qədər “Real Madrid” rəhbərliyi Yoronu transfer etməyə yaxınlaşmışdı. Çünki futbolçu ilə şifahi razılıq var idi.
Lent.az xarici mediaya istinadla bildirir ki, iddialara görə, Leniyə Fransa klubunun təhdidləri təsir edib.
Məlumata görə, Lill öz müdafiəçisini mankunianlılara keçməyə razı olmasa, növbəti mövsüm bir dəqiqə belə oynamayacağı ilə hədələyib.
Məsələ ondadır ki, ingilis klubu fransızlara daha yüksək transfer məbləği təklif edib. Üstəlik, Yoronun "Lill"lə müqaviləsi gələn ilin yayına qədərdir və onun azad agent kimi ayrılması riski olub.
Ötən mövsüm Yoro bütün turnirlərdə 44 matçda iştirak edib və bu matçlarda 3 qol vurub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.