TƏBİB-in fəaliyyətindən həkimlər də, xəstələr də narazıdır - Araşdırma

TƏBİB-in fəaliyyətindən həkimlər də, xəstələr də narazıdır - Araşdırma
 

Ölkə xəstəxanalarında çalışan həkimlərə normal əməkhaqqı verilmədiyinə görə xəstələrdən əlavə pul tələb edir

Dahi şairimiz M. Ə. Sabir "Nə yazım" şeirindı deyir:

"Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,
Hələ gördüklərimin dörddə birin yazmayıram"!

Təbii ki, bu şeiri yazan şairin dövrü, zamanı tam başqadır, o dövrü indilə müqaisə etmək mümkün deyil. Amma oxşar məqamlar da çoxdur.

Tutaq ki, Sabirin zamanında yazarları varlılar heç sevmirdilər, heç indiki məmurlar də jurnalistləri sevmirlər, görmək belə istəmirlər. Səbəbini Sabir çox gözəl yazır:

Niyə bəs boylə bərəldirsən, a qare, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!..

Eybəcər adam güzgüdən heç xoşlanmaır, ona görə ki, güzgüyə baxanda eybəcərliyini görür, əhvalı pozulur. İndiki məmurların çoxu oğrudur. Oğru onun əməlini tənqid, ifşa edəm jurnalistin nəyini xoşlamalıdır ki?...

Nə isə, keçək mətləbə.

Artıq TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov rüşvətxorluğundan 4 ildir şikayət faktları əsasında məqalələr yazıram.

Amma hökumət faktlar, şikayətlər əsasında yazılan bu məqalələrlə bağlı Vüqar Qurbanova heç "gözün üstə qaşın var" da demir.

Hamı-vəzifəyə qoyulan direktorlar da, baş həkimlər də, xəstələrdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bir xədtəxananın direktorunu, baş həkimini təyin edən də 50-300 min manat civarında rüşvət alır.

Görün, icraçı direktor işlədiyi illər ərzində Vüqar Qurbanov rüşvətlə ölkədə nə qədər xəstəxanaya direktor və baş həkim, şöbə müdiri təyin edib?!

Məgər haqq-hesabları xəstələr, xəstə sahibləri, jurnalistlər bilir, görür, amma bu boyda həngaməni hökumət niyə görmür?!

Xəstələr yuxarı bütün instansiyalara TƏBİB-dən şikayət edirlər, şikayətə cavab verilmir, jurnalistə şikayət edirlər, yazı yazılır, amma yazıda əks olan cinayət faktlarına hökumət göz yumur, çünki hökumət Vüqar Qurbanovla əlbir işləyir!

Ölkə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin getdiyi indiki qızğın məqamda TƏBİB-in icraçı direktoru öz çirkin əməlini davam etdirir, tədbir görməli olan dövlət orqanlar isə susurlar...

İnformasiya şöbəsi

 

 

0.011253118515015