Planetimizin ən uzunömürlüsü Şirəli  Müslümovu NECƏ TANIYIRIQ

 

Planetimizin ən uzunömürlüsü Şirəli  Müslümovu NECƏ TANIYIRIQ 
 

 Bəlli olduğu kimi Azərbaycan planetimizdə yaşayan uzunömürlülərin sayına görə dünyada birinci yeri tutmuşdur. Uzunömürlülərin bir qismi də uca dağların ovcunda yerləşmiş Lerik rayonunun ərazisində yaşayırdı. Alimləri, herentoloqları, çox yaşamağın sirləri ilə məşğul olan mütəxəssisləri heyrətdə qoyan Şirəli Müslümov 168 il, Mahmud Eyvazov 150 il, Məcid Ağayev 141 il ömür sürmüşlər. Insanlar bu müdrik ağsaqqalları yaxından tanımış və bu dahi uzunömürlülərlə dönə-dönə görüşmüş, onların uzun ömür sürmə sirlərini, həyat tərzini öyrənməyə cəhd etmişlər. 

Biz bu yazıda Şirəli Müslümovu xatırladan bir neçə məqam üzərində dayanmaq istəyirik. Tanınmış alim Musa Bədəlovla görüşərkən o, Lerikdə yaşayan uzunömürlülər barədə, xüsusilə də Ş.Müslümov barədə maraqlı söhbətlər etdi. Musa müəllim dedi ki, Şirəli Müslümov çox maraqlı adam idi. Mən onunla bir neçə dəfə görüşmüş və fotoşəkil çəkdirmişdim. Baba ilə həmsöhbət olarkən öyrəndim ki, o, təbii balla qidalanmaya üstünlük verərmiş. Çünki bal, insanın ömrünü uzadır, 40 əsr qaldıqdan sonra da xarab olmur. Hacı Musa Bədəlov deyir ki, bir dəfə Şirəli babanı işlədiyim məktəbə dəvət etdim. Şagirdlər ona çoxlu suallar verirdilər. Ondan soruşdurm: O vaxtlar həkimə ehtiyac olurdumu? Bu dağın başında həkim nə gəzirdi. Bir dəfə həyat yoldaşım xəstələnmişdi, ağrıdan bayılırdı. Onu müalicə edə bilmirdik. Bir türkəçarəçi tapdıq. O dedi ki, tikanlı çaqqalın tikanını tapın. Onu şişmiş nahiyəyə bir neçə dəfə batırın, xəstəlik sağalar. Çaqqalın tikanı sanki ovsun idi, xəstə nahiyəyə batıran kimi sağalmağa başladı. Musa Bədəlov Şirəli babadan soruşur: Baba, uşaqlar bilmək istəyir ki, siz necə olub ki, 100 ildən çox yaşamısınız. Şirəli baba dedi:

Mən də sizin kimi yaşayıram. Heç nəyin fikrin çəkimirəm, qonşuya həsəd aparmıram, paxıllıq, kin-küdurət mənə yaddır. Ailəmizdə mehribanlıq, böyük-kiçik yerini bilir. Elə bilirsiniz çox yaşamaq bizim hünərimizdir? Əsla, yox! Allah bizə saf su, təmiz hava, gözəl təbiət, təbii qidalar, ruzi-bərəkət, xoşbəxtlik bəxş edib. Mən heç vaxt zəhmətdən ayrılmıram, bərəkətli torpaq ruzi-bərəkət mənbəyidir. Biz bilirik ki, hansı yeməyi, hansı fəsildə yemək olar. Nə maşın, nə də aeroplan səsini eşidirik. Səs-küy, qeylü-qal, əsəbilik insana ziyandır. Keçən dəfə məni Lerikə maşınla gətirdilər, məni sirkələdi, narahat elədi, kaş atla gələydim. At belində və piyada gəzmək cana rahatlıq və salamatlıq gətirir. Ayaqyalın gəzməyin faydası çoxdur. Qışda şal corabı çarıqla geyirik...    Şirəli baba haqqında xarici ölkələrdə və Azərbaycanda bir neçə sənədli filmlər çəkilib, nümayiş etdirilib. Həmin filmlər arxivlərdədir. Muzeylərdə, eləcə də dünyada yeganə olan Lerikdəki “Uzunömürlülər muzeyi”ndə, Lerik Rayon Tarix Diyarşünaslıq muzeyində nümayiş etdirilir, bu barədə arxivlərdə zəngin materiallar var.

                                             SƏADƏT Sultan

                                                 Araşdırmaçı-jurnalist, tərcüməçi

 

 

 

 

0.022619009017944