Əziz Əzizov Beyləqanda da əvvəlki rayonlardakı kimi işləyəcək? - Araşdırma

Əziz Əzizov Beyləqanda da əvvəlki rayonlardakı kimi işləyəcək? - Araşdırma
 

Beyləqanda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sabiq başçı Asif Ağayevin fəaliyyətini araşdırır

Bir yandan da icra başçıları arasında əsil nağıl qəhrəmanı kimi tanınan, Cəlilabad, Yasamal və Bakının Suraxanı rayonlarında 18 il icra başçısı işləmiş Əziz Əzizov sabiq icra başçısı Asif Ağayevin silib, süpürdüyü Beyləqana icra başçısı təyin olunub.

Yaxından tanıyanlar Əziz Əzizovun Beyləqandakı iki həftəlik fəaliyyəti barədə yalnız müsbət rəy bildirirlər. Xüsusən hər kəs icra başçısının şəhid ailələri, qazilər və veteranlara göstərdiyi diqqətdən razılıq edirlər.

Gəlin səbrili olaq, atalar deyib ki, "tələsən təndirə düşər".  Cənab Prezident tərəfindən Beyləqana yeni təyin etdiyi icra başçısı Əziz Əzizovun fəaliyyətinə tez-tələsik, yəni iki hətəki fəaliyyətinə qiymət verməyək.

Bəs, Azərbaycan mediası Ə. Əzizovun Beyləqana icra başçısı təyin olunması haqqında nə yazır:

KAİM.az saytı yazır ki, ilk addımlarını Cəlilabad rayonuna icra başçısı təyin olunanda atan cənab Əzizov, işlədiyi 11 il ərzində rayonu silib, süpürüb özünə və krışasına var-dövlət yığmaqla məşğul oldu, deyilir.

Rayonda ən önəmli biznes sahələrini öz əlinə keçirən naşı rəhbər uzunmüddətli müqavilə ilə torpaq ərazilərini biznesinə qatan, vəzifə alverindən, söküntü və  tikinti işlərinə qədər şəxsi nəzarətinə keçirməsi indiyə qədər yerli sakinlərin yaddaşlarına həkk olunub.

Həmin vaxtlarda Əzizovun “TAS”ının yüksək olması, qəbullarda yerli sakinlərlə təmasın az olması, problemlərin aradan qaldırılması yox, qalaqlanması Cəlilabada kütləvi narazılıqların artmasına səbəb olmuşdur.

Rayonda Əzizova qarşı yaranan kütləvi etirazlar sayəsində zorla da olsa, əlahəzrət krışası təyinatını Yasamal rayonuna ala bildi.

Əhali ilə anlaşa bilməyən Əzizov, Yasamal rayonunda da əhali tərəfindən yığdığı rüşvətə görə, ciddi etirazla qarşılaşdı. Bu rayonu da rüşvətə, şəxsi mənafelərinə qurban verən Əzizov rayonda əhalinin basqısına yalnız ilyarım tap gətirə bildi. İqtidar basqılardan və etirazlardan bezərək Əzizovu Allahın da unutduğu bir rayona – Suraxanıya başçı təyin etdi.

Bu təyinatdan sonra da Əzizovun fəaliyyətində heç nə dəyişmədi. Fərdi tikinti aparanlardan alınan rüşvəti iki qat artırdı, hər rayonda işlədiyi kimi şəxsi pulyığanı ilə əlbir işlədi, kadr islahatı adı altında onlarla vəzifəli şəxsdən yüksək məbləğlər alıb təyinatlar etdi.

Məlumdur ki, icra başçıları yüksək vəzifə tutmuş kadrlar tərəfindən himayə olunur. Əziz Əzizovun himayəçisi Prezident Administrasiyasının şöbə müdiri Kərəm Həsənovdur, deyirlər. Onun Cəlilabad, İmişli və Beyləqan rayonlarının icra başçılarını himayə etdiyi bildirilir.

Bu alverə rayon, qəsəbə və kəndlərin icra nümayəndəliyinin rəhbərləri, məktəb direktorları da daxil, hər kəsdən yüksək məbləğlər alındı və vəzifəyə gətirildi. Uzun müddət bu rayonda da var dövlət yığmağı həfəs göstərən Əzizov yığdığı rüşvətlər sayəsində topladığı milyonlardan medianı da satın aldı.

Amma, yerli əhalinin cana doyub, yuxarı instansiyalara yazması cənab Əzizovun karyerasında yeni təyinat səhifəsi yazılmasına səbəb oldu.

Əlbəttə ki, adı hər kəsə məlum olan adamın istəyi ilə Beyləqana icra başçısı göndərildi. Yeni təyinatın həftəsi tamam olmamasına baxmayaraq Beyləqan icra hakimiyyətində böyük bir toplantı düzənləyən Əzizov iclasda iştirak edən yerli məmurlara özəl qanunları ilə bağlı üstüörtülü mesajlar verib, iclasda iştirak edənlər deyir.

Məlumata görə iclasdan sonra yanında apardığı pulyığanı tək – tək yerli məmurlarla görüşüb yeni rəhbərin onlarla necə işləyəcəyi haqda məlumat verib.

Deputat seçkisində də YAP-ın namizədini dəstəkləmələrini və yuxarıdan göndəriləcək tam siyahını nöqtə və vergülünə qədər qüsursuz icra olunacağını da Əzizovun pulyığanı yerli məmurlara bildirdiyi deyilir. 

Beyləqana yeni təyin olunmuş icra başçısı Ə. Əzizovun fəaliyyəti barədə ölkə mediasında gedən yazılarla yanaşı, özümüzün və rayon əhalisinin müşahidə etdiyi məqamlardan bəhs edəcəyik...

Bizi İzləyin!

KAİM.az

 

0.25250816345215