Xarkovda ölənlər var

Xarkovda ölənlər var
 

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Budı qəsəbəsinə endirdiyi zərbə nəticəsində azı iki nəfər ölüb, 22 nəfər yaralanıb.

Paralel.az ” xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleh Sinehubov sosial şəbəkədə bildirib.

“Zərərçəkmişlərin sayı 22-yə çatıb. İki nəfər ölüb”, – vilayət rəhbəri qeyd edib.

Mətbuatda yayılan məlumata görə, vilayətin yaşayış bölgələri yarım saat ərzində iki dəfə atəşə tutulub.

 

0.033707141876221