"Bu nə sarsaq reaksiyadır, elə bil 99%-i sözləşib"

 

“Taksi mövzularına yazılan şərhlərin əksəri bu məzmundadır: xoşun gəlmir, avtobusla get. Necə yəni?! Bu nə sarsaq reaksiyadır?!”

Paralel.az xəbər verir ki, bunu tanınmış jurnalist Elçin Cəlilov deyib. O hesab edir ki, sosial şəbəkələrdə "lobbiləşmiş" taksi sürücüləri sərnişin narazılıqları məsələsində birləşirlər:

“Yoxsa 90%-dən çox insan taksi lehinə fikir bildirməzdi. Bu tip şərhlərin böyük əksərini elə onlar yazır. 

Özü də leş gününə düşür, 1-2 manata görə kondisioneri yandırmır. Bu, sərf edib-etməmək məsələsi deyil, sadəcə, mədəniyyətsizlikdir. 
Kondisioner məsələsində də baxırsan ki, 95% yazır ki, xoşun gəlmir, VİP taksi sifariş ver.

Bu “taksi lobbiçiliyi”nin əlamətidir. Kondisioner yandırmamaqda israr etməkdə, əvəzinə əlavə ödənişin istənməsi də absurddur”.

Jurnalist əlavə edib ki, vəziyyət belə davam edə bilməz: 

“Əvvəllər də çox qalmaqallar yaranırdı. Öz başıma da gəlib. Gəlir, götürür, salamlaşandan sonra mızıldanıb deyinməyə başlayırlar. Elə bil 99%-i sözləşib. 1-2 azn əlavə verirsən. 
Amma bu gedişat, bu forma normal deyil. Taksi “şofer”ləri bunu qiymətlər qalxsa da edəcək. Bu, sadəcə, onların pis vərdişidir.

Mızıldanan, deyinən sürücü xatırlamalıdır ki, müvafiq şirkətlə müqavilə imzalayanda şərtlərə razılaşıb. Orada mızıldanmalı idi. Bu mərəkə, bu axmaq gedişatı dayandırmaq lazımdır. Elə sürücülər dayandırmalıdır”.


 

 

0.050382137298584