"Gəlinim məni çimizdirir, yatağa qoyur, masaj edir"

 

Şairə Nazilə Səfərlinin paylaşımı növbəti dəfə müzakirələrə səbəb olub.

Paralel.az xəbər verir ki, paylaşdığı videoda üzü görünməsə də, uzaqdan danışan bir xanım gəlinin ona necə qullluq etməsindən söz açıb:

“İşdən gəlib ora gedirəm, gəlinim vannanı doldurub su qoyur. Kisəni əlinə keçirir, imkan vermir ki, əlimi başıma vuram. Başımdan ayağıma qədər yuyacaq, çimizdirəcək, yatağa qoyacaq, qabağıma çay gətirəcək, yalvaracaq, masaj edəcək. Allah haqqı, yalan demirəm”.

Qayınananın bu sözləri qarşısında təəccüblənən N.Səfərli də öz gəlininə müraciət edib:
“Allah haqqı, gəlinimə eşitdirmirəm, mən belə lüksə öyrəşməmişəm. Gəlinim mənə belə eləsə, elə bilərəm ki, ölürəm, vaxtım çatıb. Mənə heç kim elə bir şey eləməsin. Əziz gəlinim, mənə belə xidmət lazım deyil. Çox sağ ol”, - deyə o söyləyib.

Şairə ilə həmin xanım arasındakı dialoq müzakirələrə səbəb olub. N.Səfərli daha sonra paylaşıma yazılan şərhləri bağlamaq məcburiyyətində qalıb.

 

0.018210887908936