"Bakcell"dən şikayət olundu: "Şikayətim "Bakcell"dəndir"

 

Şikayətçi Yasin Rza oğlu Şirinov məktubunda yazır: "Şikayətim "Bakcell"dəndir.

2024-cü ilin may ayının sonlarında danışıq üçün çox da uyğuynin olmayan məkanda özünü "Bakcell" operatorunun nümayəndəsi kimi təqdim edən şəxs +994552522239 nömrəli mobil telefondan (telefonda nömrələr qarışıq düşüb, səhv də edə bilərəm) mənə zəng edərək "Bakcell" operatorunun xidmət göstərdiyi üstünlüklərdən xeyli danışdı.

Bildirdim ki, "Azercell" və "Nar" operator xidmətlərindən istifadə edirəm, narazılığın da yoxdur, hətta “Asan İmza”m da "Azercell" nömrəmdədir. "Bakcell" nümayəndəsi israrla bildirdi ki, nömrə ilə heç bir problem olmayacaq, eyni ilə "Bakcell"ə daşınacaqsınız və "Azərcell" nömrəsi kimi görünəcək.

İnandım və razılaşdım. Müqavilə bağlamaq üçün 04.06.2024-cü ildə "Bakcell"dən kuryer  +994559310228 nömrəli mobil telefondan zəng edərək müqaviləni və nömrəni təqdim etdi. Məlum oldu ki, həm danışıq, həm də internet daha sərfəlidir və dedyinə görə, nömrə ilə heç bir problem olmayacaq, eyni ilə "Bakcell"ə daşınacaqsınız, amma Azərcell nömrəsi kimi görünəcək.

Artıq bir ayın tamamına bir həftə qalmış internet yoxa çıxdı. Əsas da "Bakcell" operatorunun xidmətinə keçəndən sonra “Asan İmza”m işləmədi, bununla da işgüzar fəaliyyətimə xələl dəydi.

08.07.2024-cü il tarixdə saat 10 da  "Bakcell"in +994554988989 nömrəli xidmət telefonuna iki dəfə zəng edərək ya  “Asan İmza”mın bu nömrəm ilə bərpasını, ya da "Bakcell"ə müqavilənin təcili ləğv edilməsi barədə şikayətimi qeydə aldılar.
 
Hörmətli redaksiya, xahiş edirəm şikayətimi qeydə almaqla "Bakcell" şirkətinin mənə qarşı işlətdiyi fırıldağın ifşa edilməsinə və "Asan imza"mın işləməsinə yardımçı olasınız".

İmza: Yasin Rza oğlu Şirinov
Əlaqə:  +994503256298
  08 iyul 2024-cü il
 
 

0.011629104614258