Qızını vurmaqda ittiham olunan modelin həbsi istənilir
16 yaşlı qızı Ayşəyə qarşı zorakılıq etdiyi iddiası ilə türkiyəli model Dəniz Akkayaya qarşı başladılan istintaq tamamlanıb.
Axşam.az xəbər verir ki, iddianamədə Akkaya üçün "övladını silahla qəsdən yaralama" cinayətindən 1 il 6 aydan 4 il 6 aya qədər həbs cəzası istənililib.
Belə ki, prokurorluq onun qızına atdığı termosu silah kimi qiymətləndirib.
Qeyd edək ki, Dəniz bir müddət əvvəl qızının onu eyvana bağladığını deyərək polisə müraicət edib. Paylaşımının ardından onun qızı modeldən alınıb və Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi uşağı himayəsinə götürmüşdü. Daha sonra modelin övladı ondan alınaraq atası Efe Önbilginə verilib.