"Hindistanlı prodüserlər Azərbaycan filmlərinə böyük maraq göstərirlər" - Məsim Məmmədov

 

"Birincisi, onu qeyd etmək lazımdır ki, Amil Amal istedadlı rejissordur. Karyerasına bədii və sənədli filmlərlə başlayıb və hazırda tammetrajlı bədii film çəkməyə davam edir. Onun bəzi əsərləri artıq müxtəlif beynəlxalq mükafatlara namizəd və qalib olub. Hazırda "Hoçazfilm" kinostudiyasına rəhbərlik edir. 

Paralel.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

"Bundan başqa, Amil Amal yeni film çəkmək üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyindən qrant və maliyyə əldə edib. Onun “Arılar və adamlar” bədii tammetrajlı film layihəsi hazırda "Hoçazfilm"də hazırlıq dövrünə başlayıb. Ümid edirik ki, daha çox prodüser mərkəzləri Hoçazfilmin layihələrinə diqqət yetirəcək", - o deyib.

M.Məmmədov həmçinin "Hoçazfilm"in bazasında unikal dekorların olduğunu və Laçının özünün də natura olaraq kinematoqrafçılara məkan seçimi olaraq çox uyğun və əlverişli olduğunu bildirib. Həmçinin studiyada müxtəlif istiqamətlərdən məsələn rəssamları da cəlb etdiyini qeyd edib.

"Hindistanlı prodüserlər həm Azərbaycan, həm də digər ölkələrin filmlərinə böyük maraq göstərir və onları maliyyələşdirə bilirlər. "Hoçazfilm" kinostudiyası da bu mənada həm Hindistan həmçinin Türkiyə və digər xarici produserlərin hazırda diqqət mərkəzindədir. Bu, kinoindustriyamıza beynəlxalq marağı təsdiqləyir", - deyə o əlavə edib.

 

0.012202978134155