Ceyhun Bayramov Gürcüstana gedəcək

Ceyhun Bayramov Gürcüstana gedəcək
 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sabah Gürcüstana rəsmi səfər edəcək.

"Report"un yerli bürosu xəbər verir ki, Ceyhun Bayramov səfər çərçivəsində Gürcüstanın baş naziri İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili və Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşəcək.

Tərəflər ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə edəcək, media üçün bəyanatlar verəcəklər.

 

0.032547950744629