Müəllim hazırlama siyasətindəki dəyişikliklərin zəruriliyi

Müəllim hazırlama siyasətindəki dəyişikliklərin zəruriliyi
 

Türkiyənin Qazi Universitetinin “Təhsilin idarəetməsi” ixtisası üzrə doktorantı, araşdırmaçı-yazar Şəhla Aslan Bakıda keçirilən müəllimlərin sertifikasiya imtahanına münasibət bildirərkən deyib ki, sertifikasiya imtahanları müəllimlərin fənn üzrə tədris metodları, təlim strategiyaları və təlim texnologiyalarını qiymətləndirmək üçün kritik bir araçdır. Hər bir müəllimin imtahanda göstərdiyi performans, onun tədris prosesində məktəblilərə biliklərini necə effektiv şəkildə ötürdüyünü və analitik bacarıqlarını necə inkişaf etdirdiyini göstərir. Bu nəticələr, tədris effektivliyini qiymətləndirmək və təhsil keyfiyyətini yaxşılaşdırmaq üçün dövlət tərəfindən atılacaq addımlar üçün əsas təşkil edir.
Şəhla Aslan sertifikasiya imtahanlarının müəllimlərin peşəkar inkişafına dəstək olaraq, onların tədris sahəsindəki məhsullarını artırmağa kömək etdiyini vurğulayır. Bu imtahanlar sayəsində dövlətlər, təhsil standartlarını yaxşılaşdırmaq üçün strateji addımlar ataraq, ictimai təhsilin səviyyəsini yüksəldə biləcəyini deyir. Bundan əlavə, müəllimlərin dəvamlı peşəkar inkişafı üçün təlim və təşviq imkanları təmin edilməsinin, tədris keyfiyyətini artırmaq və tələbələrə daha yaxşı təhsil imkanları təqdim etməsinin vacibliyinə diqqət çəkir.
Şəhla Aslan imtahanın müəllim hazırlama siyasətindəki dəyərləndirmə tələblərinin bir göstəricisi olduğunu vurğulayır. Müəllimlərin peşəkar inkişafı və keyfiyyətli təhsil sisteminin inkişafı üçün bu imtahanların əhəmiyyətli olduğunu qeyd edir. Lakin yalnız imtahanların keçirilməsinin kifayət etmədiyini və dövlətin "Mən necə bir müəllim hazırlamaq istəyirəm?" sualına cavab olaraq, müəllim hazırlama proqramlarında ciddi dəyişikliklər etməsinin vacibliyini qeyd edir.
Şəhla Aslan müasir təhsil sistemində müəllimlərin tələbələrə ilham verən, onları düşünməyi, analitik bacarıqlarını inkişaf etdirməyi öyrədən şəxsiyyətlər olmasını mühüm hesab edir. Bu məqsədə nail olmaq üçün müəllim hazırlama proqramlarında müasir pedaqoji yanaşmaların, texnoloji bacarıqların və tənqidi düşüncənin inkişaf etdirilməsinin əsas olmasını tövsiyə edir. Həmçinin, müəllimlərə yaradıcı tədris metodları, müxtəlif təlim strategiyaları və tələbə mərkəzli yanaşmaların tədris edilməsinin vacibliyini vurğulayır.
Şəhla Aslan müəllimlərin etik dəyərləri, peşəkar davranışları və cəmiyyətlə əlaqələrinin də diqqət mərkəzində olmasının vacibliyini qeyd edir. Onun fikirlərinə görə, müəllimlərin yüksək əxlaqi dəyərlərə sahib olması, onların cəmiyyətin nümunəvi üzvləri kimi tanınmasına və hörmət qazanmasına səbəb olacaq. Bu istiqamətdə dövlətin müəllim hazırlama proqramlarını yenidən nəzərdən keçirməsini və təhsil sisteminin keyfiyyətini yüksəltmək üçün ciddi addımlar atmasını tələb edir.
Son olaraq, Şəhla Aslan sertifikasiya imtahanının müəllim hazırlama siyasətindəki dəyişikliklərin zəruriliyinə diqqət çəkir və yalnız bu şəkildə, gələcək nəsillərin yüksək keyfiyyətli təhsil və dəyərli müəllimlərlə təmin edilə biləcəyini vurğulayır.

Paralel.az 

0.020937919616699