Balaca boylu qadınların əməl etməli olduğu 5 qayda

Balaca boylu qadınların əməl etməli olduğu 5 qayda
 

Qısa boylu qadın olmağın bir çox cəhətdən üstünlükləri var.

Paralel.az "hürriyet"ə istinadla xəbər verir ki, gözəllik sənayesinin boy təzyiqi səbəbindən kiçik qadınlar daha uzun görünmək üçün bəzi kiçik fəndlərə əl atmaq istəyirlər.
Əgər siz uzun boylu görünmək istəyən kiçik bir qadınsınızsa, aşağıdakı qaydalara əməl etməlisiniz.

1. Həmişə belinizdə kəmər olsun

Kiçik boylu ulduzlardan biri olan Kortni Trop daha böyük parçaların siluetlərindən yararlanaraq özünə daha strukturlaşdırılmış görünüş verməyi bacaranlardandır. Yaxşı bir illüziya yaratmaq üçün o, böyük ayaqqabı geyinməyi seçir və geyindiyi pencəyi belinə möhkəm bağlayır.
Götürdüyü qalın kəmərli çanta onu daha da təmtəraqlı göstərir. Hazır blazerlər üzərində kəmər taxmaq dəbdə olsa da, bu ipucunu da tətbiq edə bilərsiniz.

2. Mini ətəklərin altına iti burunlu çəkmələr geyinin

Son dərəcə sadə bir hərəkətlə olduğundan çox uzun görünmək mümkündür. Sizə lazım olan tək şey mini yubka üzərində həcmli sviter geyinməkdir - bu sviter həmişə daha bahalı görünəcək bej sviter ola bilər - və altından sivri çəkmələr seçin. Bu çəkmələr gözləri birbaşa aşağıya çəkəcək.

3. Fit kəsim şalvar geyinin

Qısaboylu qadınsınızsa, xüsusilə özünüzə uyğun, yüksək bel və topuq nahiyəsində bitən şalvarları seçməlisiniz. Bu sizi olduğunuzdan daha uzun göstərəcək.

4. Yüksək bell şalvardan istifadə edin

Nə olursa olsun, qısaboylu qadının geyindiyi şalvar mütləq yüksək belli olmalıdır. Xüsusilə bu il parlaq plastik şalvarların necə dəbdə olduğunu bilirsiniz. O zaman ediləcək ən yaxşı şey, bu yüksək belli moda parçasına dərhal uyğunlaşmaqdır.

5. Tikişlər yaxşı olmalıdır

Uzun boylu və ya qısa boylu olmağın fərqi yoxdur, yaxşı tikiş hər kəs üçün çox vacibdir. Ancaq etiraf etməliyik ki, yaxşı tikilmiş paltarı daşımaq balaca boyu olan qadınlar üçün daha vacibdir. Çünki qısaboylu bir insansınızsa, paltarı yaxşı daşıya bilmək üçün əyninizə yaxşı oturmalı və tikişləri yaxşı olmalıdır.


 

 

0.012066125869751