Təxribatçı keşiş Yerablura gəldi: Utanc hissi keçiririk

Təxribatçı keşiş Yerablura gəldi: Utanc hissi keçiririk
 

Ermənistanda revanşist “Vətən üçün Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan həlak olan hərbçilərin valideynləri və digər tərəfdarları ilə Yerablur hərbi panteonuna gəlib.

Paralel.az xəbər verir ki, Qalstanyanı “Milli Demokratik Qütb” adlı təşkilatın nümayəndələri Jirayr Sefilyan, Ara Papyan, Qaregin Çuqasyan, Vahe Qasparyan müşayiət ediblər.

Adı çəkilən şəxslər bədnam “Miatsum” hərəkatının ideoloqlarından sayılan İqor Muradyanın məzarına baş çəkiblər.

Revanşist keşiş bu günlərdə utanc hissi keçirdiklərini bildirib.. “Şəxsən mən özümü məhz belə hiss edirəm, biz burada böyük daxili ağrı ilə dayanmışıq”, Qalstanyan bildirib.

 

0.024094104766846