Yaşamağın yolu - Dosent Məlanət Kifsiyeva nəsihət edir
Professor İdris Abbasov yazır:
Haqq qılafında qartımış dosent Məlanət Kifsiyevanın bayram məsləhətləri: “Ay Allah evini tikmiş, “savadlı alim” adı çıxarmısan. Di gəl ki, evsiz-eşiksiz, pulsuz-parasız qocalmısan. Ailə-uşaq da ehtiyac içində. Günah özündədir. O dəfə də sənə demişdim ki, institut direktorunun əməllərini pisləmə. Möhsünü ifşa etdin, nooldu? Bu ölkədə qanun, ədalət axtarma, imitasiya et! Yaxşı ad çıxarmısan, qalır özünü satmaq. Səni almaq cəhdləri olub, yenə də var. Naz edirsən. Bir tərəfdən düz edirsən, çalış ki, özünü ucuz satma, baha sat! Görmədinmi, məşhur ədəbiyyatşünas özünü necə satdı, müqabilində ev aldı, veriliş aldı...?! “Sat” deyəndə qorxma e, yəni, məsələn, Baş direktorun qara işlərinə ağ de, nədir e, o tənqid yazdığın kitab, Mazaği-türki. Nəyinə lazımdır ifşa etmək?! Nə olsun ki, kələkdir, tüləkdir, ya saxtadır, plagiatdır. Azərbaycanda yaşamırsan?! Dəstəyə xidmət etməsən, vallah, acından öləcəksən. Məndən demək. O birilər bir tərifləyəndə sən iki tərflə. Bəhrəsini görməsən, gəl, de, Məlanət, tüf sənin üzünə! A kişi, görübsən ki, mən bircə dəfə direktorumu pisləyəm?! Halbuki sənin direktorun mənimkinin yanında toya getməlidir. Basıb-yeyir. Mən o qədər ağılsız deyiləm. Onun basıb-yediyindən mən də yeməliyəm, ya yox?! Bunun da yolu ya susmaqdan, ya da tərif deməkdən keçir. Heç olmasa, qələminin səmtini dəyiş. Yazma öz işlədiyin institutdakı büdcə xəyanətlərindən, rüşvətdən, alverdən, yaz, məsələn, hansısa Mingəçevir Universitetindən, Dillər Universitetindən, BDU-dan, yox, yox, BDU-dan yazma, orada işləyən dostlar çoxdur, Lənkəran Universitetindən və s. Ünvan tapmırsan yazmağa?! Mən deyim sənə. Lap AMEA prezidenti İsa Həbibbəylidən, Möhsündən, Teymurdan, Muxtardan və bu kimilərdən yaz. Döşə qabırğalarına getsin. Dostlarımızdan, xüsusən, öz direktorundan yazma, əksinə, onların pis işlərinə yaxşı donu geyindirib təriflə!"
Ölkəmiz gözümüz görə-görə belə mütəşəkkil dəstə və qrup maraqları üzündən getdikcə taqətsizləşir, acizləşir...
Paralel.az