AVRO-2024: Sloveniya Danimarka ilə heç-heçə etdi - YENİLƏNİB

AVRO-2024: Sloveniya Danimarka ilə heç-heçə etdi - YENİLƏNİB
 

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya - Danimarka matçında qalib müəyyənləşməyib.

Paralel.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Danimarka millisindən 17-ci dəqiqədə Kristian Eriksen fərqlənib. Sloveniya komandasının bərabərlik qolunu 77-ci dəqiqədə Erik Yanja rəqib qapısından keçirib.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər matçında İngiltərə və Serbiya milliləri üz-üzə gələcəklər.

***

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.

C qrupunun ilk matçında Sloveniya və Danimarka milliləri üz-üzə gəlir.

Ştutqart şəhərindəki "MHP Arena" stadionunda keçirilən görüşü isveçrəli hakim Sandro Şerer idarə edir.

 

0.013311862945557