Ermənistanın KTMT ilə bağlı mövqeyinə aydınlıq gətirməyə çalışacağıq

Ermənistanın KTMT ilə bağlı mövqeyinə aydınlıq gətirməyə çalışacağıq
 

Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı mövqeyinə aydınlıq gətirməyə çalışacaq və bunun üçün rəsmi İrəvanla işi davam etdirəcək.

Paralel.az- ın xəbərinə görə, bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, rəsmi Moskva İrəvanla münasibətlərin tərəfdaşlıq mühitində davam etdiriləcəyinə ümidvardır.

Qeyd edək ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında ölkəsinin KTMT ilə münasibətləri dondurulduqdan sonra növbəti addımın bu təşkilatdan çıxmaqla bağlı olduğunu söyləyib.

O, bununla bağlı qərarı hökumətin verəcəyini açıqlayıb.

0.041551113128662