"Hər şeyin zamanı var" - Politoloq

 

"Bu aralar Azərbaycan ilə Ermənistan arasında ritorika sərtləşib, ona görə də sülh müqaviləsi barədə şərhlərdə pessimizm güclənib". 

Paralel.az xəbər verir ki, bu sözləri “Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini, politoloq Nazim Cəfərsoy deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq.

"Ermənistan konustitutsiyası dəyişəcək, Nikol Paşinyan Ermənistan adına Azərbaycan xalqından Xocalı üçün üzr də istəyəcək. Hazırda baş verənlər isə bunlara hazırlıq mahiyyətindəki addımların bir hissəsidir. Hər şeyin zamanı var".

 

 

0.031881809234619