Beyləqan əhalisini kommunal xidmətdən kimlər məhrum edib? - Küçə süpürməklə iş bitmir...
Komunal xidmət idarəsində texnika işləmir, amma həmin texnika hər gün yanacaq işlədir...
Bir həftədən çoxdur ki, Beyləqandayam, həyətdəki qurumuş ağac kolları, lazımsız, atılmalı əşyaları həyətdə toplanıb qalıb. Toplanmış əşyaları kənara daşımaq lazımdır.
Lakin Bayləqanda texnika yoxdur, nə Beyləqan Kommunal Xidmət İdarəsində olan 3 texnikadan heç biri işləmir, nə də Beyləqan Şəhər Bələdiyyəsində əhaliyə xidmət göstərən bir dənə də texnika yoxdur...
Asif Ağayev 6 ilə yaxın müddətə (01.10.2018-06.06.2024) Beyləqan RİH-in başçısı vəzifəsi kürsüsündə əyləşdi. Bu müddət ərzində bir dəfə də olsun, nə Beyləqan Kommunal Xidmət İdarəsinə, nə də Beyləqan Bələdiyyəsinə baş çəkmədi.
Amma hər iki idarənin imkanından yaxşı bəhrələndi. Gen-bol fayda götürdü, hər iki idarəyə ayrılan sosial işə cəlb edilən küçə təmizləyiciləri üçün nəzrədə tutulan puldan hər ay filan qədər qazanc götürdü. Amma Beyləqan Şəhər əhalisinə xidmət edən həmin idarələrin texnika ilə təmin olunması 5 il 8 ayda bir dəfə də yadına düşmədi...
Asif Ağayevin Beyləqanda fəaliyyət göstərən hər bir idarə və təşkilatdan "aylıq" alması barədə nəinki rayon əhalisi, ölkə mediası, hətta rayon ərazisində göydə uçan quşlar da icra başçısının rayondakı rüşvət və korrupsiya əməlindən xəbər verirdi, amma və lakin kalan yığdı, arzuladığı kimi də çıxıb getdi...
Ona görə rayon əhalisi bir-birinə sual verir ki, ayə, hər ay bu sahəyə iri məbləğdə pul sərf olunur, amma Beyləqan əhalisinə texnika ilə komunal xidmət göstərilmir, niyə?..
Tapdıq Abbas